Icma.az
close
up
RU
Ekrandan süfrəyə uzanan təhlükə

Ekrandan süfrəyə uzanan təhlükə

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlar televiziya və internet ekranlarında gördüklərini təkcə izləmirlər onu nümunə götürür, təqlid edir, tələb edirlər.

Son illərdə reklam bazarını müşahidə etdikdə görürük ki, bəzi qida və içki markaları uşaqları hədəf alaraq qeyri-sağlam, lakin cazibədar məhsulları geniş şəkildə təbliğ edirlər. Bu reklamlar yalnız satışı artırmır, həm də uşaqların gələcək sağlamlığını təhdid edir.

Reklamçılar yaxşı bilirlər ki, bir uşağın istəyini rədd etmək valideyn üçün asan deyil. Bu səbəbdən də uşaq psixologiyasına uyğun hazırlanmış reklamlar rəngli animasiyalar, sevimli qəhrəmanlar, hədiyyəli kampaniyalar şüuraltı olaraq uşağın istəyini formalaşdırır.

Uşaq məhsulu deyilən bir çox qida məhsulu çipsilər, qazlı içkilər, şəkərli səhər yeməkləri, enerji verən batonlar və s. çox vaxt duzlu, şəkərli və ya doymuş yağlarla zəngin olur. Amma bu məhsullar "enerji verir", "gümrah edir", "dostluq gətirir" kimi mesajlarla təqdim olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, reklamlar uşaqlarda artıq çəki və piylənmə riskini artıran əsas səbəblərdəndir. Azərbaycanda da son illərdə uşaq piylənməsi halları artır. Rəsmi olmayan müşahidələrə görə, məktəblilərin təxminən 10-15%-i artıq çəki və sağlam olmayan qidalanma ilə bağlı problemlər yaşayır.

Azərbaycanda reklamlarla bağlı etik və hüquqi çərçivə olsa da, uşaq reklamlarının nə dərəcədə monitorinq olunduğu mübahisəlidir. Televiziyada və xüsusən də YouTube kanallarında yayımlanan yerli kontentlərdə şəkərli və zərərli məhsulların reklamı açıq-aşkar yer tutur. Məsələn, bəzən uşaq blogerlər vasitəsilə reklam olunan məhsullar heç bir etik xəbərdarlıq olmadan təqdim edilir. Halbuki inkişaf etmiş ölkələrdə bu tip reklamlara məhdudiyyətlər tətbiq olunur.

Bugünkü rəngli, musiqili, cazibədar reklam sabahki şəkərli xəstəliklərin səbəbi ola bilər. Təkcə bir məhsulu yox, bir nəsli zəhərləyə bilər.

Əgər reklamlarla uşaq düşüncəsi formalaşırsa, o zaman reklam etikası da qanun qədər önəmli olmalıdır.

Leyla Mirzə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri