Icma.az
close
up
RU
33 illik dövlətçilik dərsləri, gələcəyə baxış Səxavət Əlisoyun yeni kitabından VACİB MESAJLAR

33 illik dövlətçilik dərsləri, gələcəyə baxış Səxavət Əlisoyun yeni kitabından VACİB MESAJLAR

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bugünlərdə tanınmış ictimai-siyasi xadim Səxavət Əlisoyun "Dövlət: 33 il əvvəl, bu gün və 33 il sonra" adlı kitabı işıq üzü görüb. Kitabın kontenti, məzmunu, tarixi, faktoloji əhəmiyyəti barədə ətraflı məlumat almaq üçün müəlliflə əlaqə saxladıq.

Səxavət Əlisoyun Bakıvaxtı.az-a müsahibəsini təqdim edirik.

- Kitabın yazılma, ərsəyə gəlmə zərurəti nədən yarandı, niyə düşündünüz ki, cəmiyyətin belə bir kitaba ehtiyacı var?

- 30 ilə yaxındır ki, müxtəlif qəzetlərdə köşə yazılarım getdi. Çox sayda publisistik məqalələrin və araşdırma yazılarının müəllifi oldum. Müşahidələrim, şahidi olduğum olaylar onu deməyə əsas verirdi ki, cəmiyyət milli şüurun formalaşmasında zorluqlar yaşayır. Daha da açıq ifadə etsək, toplumda MƏNin BİZdən çox öndə olmasına rəğmən dövlət maraqları qrup, partiya maraqlarından sonra gəlirdi. Nəticədə vətəndaş həmrəyliyinə nail olmaq mümkün olmurdu.

Belə bir durumda cəmiyyətin obyektiv, tərəfsiz və qərəzsiz SÖZə ehtiyacı duyulur. Bu ehtiyacı aradan qaldırmaq iqtidarında olan qələm sahiblərinin böyük əksəriyyəti isə “məhəbbət və mədhiyyə”   janrında “şedevrlər” ərsəyə gətirməklə məşğul idi. Fəxri ada, titula, sərvətə olan hərislik üzündən tarixi proseslər üzərində manipulyasiyalara əl atılırdı. Əsas zərbə təbii ki, topluma dəyirdi. Toplumda milli şüurun formalaşması qarşısındakı əngəllər onu kütləyə çevirirdi. Kütlə isə milli şüur formalaşmadan dövlət şüurunun yaranması üçün əsla hərəkət etmək iqtidarında olmur. Bu boşluğu doldurmaq üçün samballı bir kitab ortaya qoyan olmadığından müxtəlif diskussiyalarda tərəfkeşlik insan beyninin obyektiv dərkinə  imkan vermirdi. Yaxın tariximizi vərəqləyin, tvətəndaş həmrəyliyinin önəmi barədə bir kitaba rast gəlsəniz, lütfən, mənə də göndərin...

- Kitabın əsas qayəsini hansı məqamlar təşkil edir, açar məqamlar, açılan "kod"lar hansılardır?        

- Bu kitabı nədən yazdım? Öncə bir suala cavab axtardım. Dövlət 33 yaşına necə çatdı? 33 il ərzində dövlətin keçdiyi çətin yolu mərhələ-mərhələ, ardıcıllıqla obyektiv və qərəzsiz şəkildə yazdım. 33 ildə dövlətin başında dayanan prezidentlərin gördüyü və görə bilmədikləri işləri sadaladım. Təzəcə addımlarını atan dövlətin xaosdan, siyasi və iqtisadi böhrandan, federallaşmadan, vətəndaş müharibəsindən necə qurtulduğunu xatırlatdım. 30 il düşmən tapdağında qalan vətən torpaqlarının xilası üçün görülən işləri anlatdım. 30 il qüruru tapdalanmış bir xalqın Zəfərə qovuşmasını, qürura qovuşmanın önəmini vurğuladım. Dövlətin qarşısında dayanan əsas problemlər-rüşvət və korrupsiya, sosial ədalətsizliklər barədə açıq-aşkar yazdım. Müsəlman dünyasının bir parçası olaraq Azərbaycanın demokratiyaya qovuşması yolunda olan əngəlləri göstərdim. İslam və demokratiyanın biri-birinə nə qədər uyuşduğunu araşdırdım. Mentalitetimzdə kök salmış problemləri-yaltaqlığı, saxtakarlığı xatırlatdım. Ən böyük problemlərimizdən birinin məhz savadsızlıq olduğu qənaətinə gəldim...

Bütün bunları yazmaqda əsas məqsədim cəmiyyətdə, xüsusilə gənc nəsildə milli şüuru və dövlət şüurunu formalaşdırmaq olub. Kitabın giriş hissəsində də yazdım, indi də təkrar edirəm. Bu kitabdan hər kəs bir şeylər götürəcək və nəticə çıxaracaq. Nədən ki, heç bir faktları təhrif etmədən, hər hansı bir prezidentin tərəfini saxlamadan, düşündüklərimi real faktlara və əlahəzrət həqiqətə söykənərək obyektiv şəkildə qələmə aldım.

- Bu kitab elmi mənbə kimi istifadə oluna bilərmi, yəni kitabda yer alan hadisələr, gedişlər, proseslər konkret elmi, rəsmi faktlara söykənir, yoxsa bir beyin məhsuludur, təcrübə təzahürüdür?

- Kitab Azərbaycan tarixinin bir qərinəsinə - 33 ilinə dair geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş publisistik bir dəyərləndirmədir. Elmi kitab olmadığı üçün akademik formatda yazmadım. İstinad etdiyim faktlar, hadisələr, sənədlər müəllifin beyninin məhsulu deyil. Faktları əldə etmək üçün 100-dən artıq mənbə araşdırdım. Bu mənbələrin adlarının bir qismi kitabda göstərilir, digər qismi isə arxivimdədir...

Kitabın ərsəyə gəlməsində zəhməti olan redaktor tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıla və korrektor Fəxriyyə Sakitə minnətdaram. Kitaba ön söz yazan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmliyə, pedaqogika üzrə fəlsəfə doktoru Tapdıq Abbasa, tarixçi Ələsgər Siyablıya və  texniki dəstəyinə görə Bədrəddin Quliyevə dərin təşəkkürümü bildirirəm...

- Kitabın daha geniş auditoriyaya xitab etməsi üçün, onun yayımı və satışını necə təşkil edirsiniz?        

- Kitab sosial-şəbəkələrdə də qeyd etdim, imkanı olmayanlara, yəni, ayı 300-400 manatla başa vuranlara hədiyyə olunur. İmkanı olanlara isə satılır. Satılmasında məqsəd isə 2026-cı ilin birinci rübündə çapını planladığım “Türkdilli Dövlətlər Təşkilatı: Mif, yoxsa reallıq” kitabının nəşr olunması üçündür.

- İndiyə qədər buna bənzər kitablar yazılıbmı, yazılıbsa, sizin qələm məhsulunuz onlardan hansı orijinallığına görə fərqlənir?

- Adlarını çəkmək istəmirəm, təxminən 10-a yaxın elm adamı, ziyalı, publisist Azərbaycanda bu kitabın bir ilk olduğunu qeydv edir. Əgər məndən əvvəl belə bir kitab yazılıbsa, ən əsası obyektiv və tərəfsiz yazılıbsa, müəllifini təbrik edirəm... 

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see319

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see183

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see138

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see125

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri