Icma.az
close
up
RU
Əkrəm Həsənov: “Azərbaycan gənci siyasi KONKRET

Əkrəm Həsənov: “Azərbaycan gənci siyasi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Azərbaycan gəncliyi yeddi şeydən qəti uzaq durmalıdır: 1) əyyaşlıq; 2) narkomaniya; 3) qumar; 4) LGBT; 5) siyasi müxaliflik; 6) etnosçuluq; 7) dini radikalizm. Azərbaycan kimi kiçik ölkədə siyasi müxaliflik hər şey bir yana (perspsektivsizlik və s.) xarici dövlətlərin əlində oyuncaq olmaqdan başqa bir şey deyil. Bu işdə gənclər siyasətbazların əlində alətdir. Eyni zamanda təbii, pozulmuş haqların müdafiəsi naminə qanun çərçivəsində sivil mübarizə aparmaq və bu əsnada dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirərək onları tənqid etmək lazımdır.”

KONKRET.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, etnosçuluq dövlətçiliyin düşmənidir, çünki ölkəni mifik superetnosçu dövlətin tərkibinə qatmaq istəyir: “Etnosçuluq faşizmdir, çünki digər etnoslara mənfi münasibəti ehtiva edir. Etnosçuluq primitiv (təmiz etnos yoxdur onsuz da) və zərərli ideologiyadır, çünki müasir dövlətlər etnosa deyil, millətə söykənir, millət isə bir sıra etnosun birliyidir (bütün kiçik etnoslar onsuz da tədricən yox olacaq), buna görə də etnosçuluq dövləti parçalayır və digər dövlətlərə yem edir. Təbii, hər kəsin özünü hansısa etnosa aid etməsi onun haqqıdır. Dini radikalizm dövlətçiliyin düşmənidir, çünki ölkəni mifik iri dini dövlətin tərkibinə qatmaq istəyir. Dini radikalizm digər insanlara mənfi münasibəti təbliğ edir. Ən əsası isə dini radikalizm elə dinin özünə ziddir. Hər bir dinə görə bu dünya düzələn deyil. Hər kəs öz xilasını düşünməlidir. Buna görə də əsl dindar hansısa dini dövlətin qurulmasını deyil, axirətdə öz xilasını düşünməlidir. Təbii, hər kəsin dininə etiqad etmək onun haqqıdır. Odur ki, gənclər bu zərərli şeylərin arxasınca getmək əvəzinə, həqiqi təhsil (sadəcə diplom yox) almalı və elmlənməlidir. Və sağlam ailə qurmaq lazımdır. Müasir təbliğatın təsiri altında romantik ailə qurmaq lazım deyil. Belə ailələr tez dağılır. Elə ailə qurmaq lazımdır ki, kişi onun başçısı olsun, arvad da sevə-sevə ona itaət etsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Fevral 2026 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri