Əkrəm İmamoğluna siyasətlə məşğul olmaq qadağan olundu
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az "Haber Global"a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun da olduğu 9 nəfər "Seçki Qanununu pozma" cinayətinə görə hər biri 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Əkrəm İmamoğlu, Rıza Akpolat, Özgür Çelik, Nihat Yeşiltaş, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Güzelkaya və Serhat Can Eşin həbs olunub.
Məhkəmə, həmçinin Cemil Tuqay, Hüseyin Yaşar və Özgen Nama barəsində bəraət hökmü çıxarıb.
Əkrəm İmamoğluna Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsinə əsasən siyasi qadağa cəzası da verilib. Lakin siyasi qadağa ilə bağlı qərar apellyasiya məhkəməsi və Ali Məhkəmənin qərarından sonra yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Noyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















