Eks nazir anasını avtomobillə vuran sürücüyə bu sualı verdi...
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın sabiq daxili işlər naziri, general-leytenant Arif Heydərov haqqında az tanınan, lakin insanlıq nümunəsi kimi yadda qalan bir hadisə diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, məlumata görə, Heydərovun anası avtomobil qəzası nəticəsində həlak olub. Hadisə zamanı taksi sürücüsü böyük sürətlə idarə etdiyi avtomobillə yaşlı qadını vurub. Ekspertiza sürücünü qəzanın əsas təqsirkarı kimi müəyyən edib və bu barədə nazirə məlumat verilib.
Nazir hadisənin təfərrüatlarını öyrəndikdən sonra sürücünün ailə vəziyyəti ilə maraqlanıb:
“Uşaqları varmı?”, – deyə soruşub.
Məlum olub ki, sürücünün üç övladı var, onların ən kiçiyi isə cəmi bir yaşındadır.
Bir qədər düşündükdən sonra Arif Heydərov belə qərar verib:
“Anamı artıq qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?”.
Bu sözlərlə o, anasının ölümünə səbəb olan sürücünü bağışlayıb.
Arif Heydərovun bu addımı illər keçsə də, böyük mənəvi alicənablıq nümunəsi kimi xatırlanır.(sfera.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















