Icma.az
close
up
RU
“Əksəriyyət bayağılığa meyl edəndə, qəhrəmanı da tiktoker olur”

“Əksəriyyət bayağılığa meyl edəndə, qəhrəmanı da tiktoker olur”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda tik-tokerlər az qala fenomenə çevrilib. Minlərlə insan onlardan danışır, şəkil çəkdirir, qəhrəmana çevirir. Sosial media istifadəçilərinin böyük əksəriyyəti və media mütəxəssisləri də məhz bu fikirdə həmrəydirlər. TikTok-da izlənmə və gəlir əldə etmək üçün tez-tez bayağı, mənasız və aşağı keyfiyyətli məzmunların istehsal edilməsi ciddi narahatlıq doğurur. Bu, bizi narahat etməlidirmi? Hansısa preventiv addımlar atıla bilərmi?

Deputat Fazil Mustafa Musavat.com-a bildirib ki, bütün cəmiyyətlərdə belədir:

“Sadəcə, bizim kimi cəmiyyətlərdə cahillik səviyyəsi bir qədər yüksək olduğuna görə, yeni meydana çıxan, Tik-Tok üzərindən yüngül mesajlar verən və ya hansısa qəribə görüntülərlə diqqət çəkən insanlara daha çox reaksiya göstərilir. Nəticədə belə insanlar daha tez məşhurlaşırlar. Vaxtilə qapalı cəmiyyətlərdə insanların kumirləri əsasən idmançılar, xüsusilə futbolçular olurdu. Bu gün də futbolçular populyarlıq baxımından ilk sıralardadırlar. Amma TikTok fenomenləri indi daha qısa müddətdə məşhurlaşa bilirlər”.

Fazil Mustafanın sözlərinə görə, hər halda, cəmiyyətdə ən son yada düşənlər alimlər və düşüncə adamlarıdır: “Bu da kitab oxuyan insanların sayının az olması ilə bağlıdır. Böyük əksəriyyət bayağılığa meyl edəndə, onun qəhrəmanı da təbii ki, tiktoker və ya təsadüf nəticəsində tanınmış, nüfuz qazanmış birisi olur. Burada təəccüblü heç nə yoxdur”.

Deputat hesab edir ki, bunun qarşısını qadağalarla almağa çalışmaq düzgün yol deyil:

“Cəmiyyətdə hər kəs hansısa sahə ilə məşğul olur deyə, nəyisə qadağan etmək olmaz. Əsas məsələ təhsili gücləndirməkdir. Təhsilsiz nə demokratik cəmiyyət qurmaq, nə də ağıllı insanların ictimai rəyə təsir göstərməsi mümkündür. Bu baxımdan məqsəd cəmiyyətin bütünlüklə tiktoker olmasının qarşısını almaq deyil. Əks halda insanlar yenə də başqa bir bayağılığın içində özlərini xoşbəxt hiss edəcəklər. Biz cəmiyyətdə sağlam düşünən insanların sayını artırmalı, onların ictimai həyatda daha üstün mövqeyə gəlməsinə çalışmalıyıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 İyul 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri