Icma.az
close
up
RU
Əksəriyyət öskürür təbii müalicə üsulları

Əksəriyyət öskürür təbii müalicə üsulları

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Hər cür quru öskürəyin təbii müalicə üsulları var. 

News24.az doktor Mehmet Uçarın məsləhətlərini sizə təqdim edir:

Evdə tətbiq edə biləcəyiniz quru öskürək üçün ən yaxşı üsulları bir-biri sayırıq.

Bal. Hər növ öskürəyə qarşı bal bilinən ən qədim öskürək kəsicilərdəndir. Zəncəfil, limon, darçın və qara bibər ilə bal qarışdırıldıqda boğazın qıcıqlanmasının qarşısını alır və quru öskürəyi aradan qaldırmağa kömək edir. Təbii antiinflamatuar təsiri olan bal infeksiyaların aradan qaldırılmasında təsiredicidir.

Zəncəfil. Mədə xəstəliklərinə qarşı faydalı olan zəncəfil quru öskürəyə də yaxşı gəlir. Tənəffüs yollarının əzələlərini rahatlatmağa kömək edərək öskürək refleksini boğur. Bal ilə zəncəfili qarışdırıb çay kimi də istifadə etmək mümkündür.

Sarımsaq. Antibakterial və antiviral təsiri olan sarımsaq quru öskürəyə qarşı təsirlidir. Sarımsaq istifadəsi həm də soyuqdəymə əlaməti olaraq ortaya çıxan quru öskürəyə qarşı faydalıdır.

Sarıkök. İltihab əleyhinə olan sarıkök quru öskürəyə qarşı da istifadə edilir. Astma və quru öskürək kimi simptomları aradan qaldırmaqda yardımçı olur. Sarıkök çay və ya bal ilə qarışdırılaraq quru öskürəyə qarşı istifadə edilə bilir.

Duzlu su. Duzlu su ilə qarqara boğazda infeksiyanın qarşısını alır və boğazın nəmlənməsinə kömək edir. Quru öskürəyi aradan qaldırmaq üçün duzlu su ilə qarqara edərək quru öskürəkdən yaranan qıcıqlanmanın qarşısını almaq mümkündür.

Bitki çayları. Bal və limon əlavə etməklə nanə, kəklikotu, sarıkök, biyan kökü, zefir kökü və zəncəfil kimi bitki çaylarından istifadə etmək quru öskürəyi aradan qaldırmağa yardım edir.

Mərcan köşkü. Kəklikotunun bir növü kimi tanınan marjoram – mərcan kökü astma, bronxit və soyuqdəymə, həm də bu xəstəliklərlə əlaqəli quru öskürəkdən qurtulmağa yardımçıdır. Dörd çay qaşığı qurudulmuş mərcan kökünü qaynar suda dəmləyib gündə iki dəfə içmək öskürəyi aradan qaldırmağa kömək edir.

Biyan kökü. Biyan kökünün tərkibində boğaz ağrısını aradan qaldırmağa və boğazı nəm saxlamağa kömək edən maddələr olduğu üçün quru öskürəyə qarşı yaxşıdır. İki xörək qaşığı biyan kökünü qaynar suya töküb 10 dəqiqə dəmlədikdən sonra içmək məsləhətdir, amma dozasına diqqət edərək, çünki uzun müddət istifadəsi zamanı baş ağrısı və yorğunluğa səbəb ola bilir.

Zefir kökü. Adətən şərbət və ya pastil şəklində olan zefir kökü boğaz ağrısı və quru öskürək üçün də yaxşıdır və qıcıqlanmanın qarşısını alır.

Kəklikotu. Kəklikotu boğazdakı əzələləri rahatlatmağa kömək edərək quru öskürəyə yaxşı gəlir. Dörd çay qaşığı qurudulmuş kəklik otunu qaynar suda dəmləyib içmək lazımdır. Boğazı sakitləşdirmək üçün bir az bal da əlavə etmək mümkündür.

Bütün bunlarla birlikdə, bol maye qəbul etmək və buxarla nəfəs almaq boğazın nəmli qalmasına kömək edir və quru öskürəyə qarşı yaxşı gəlir.

 Evdə ən sürətli öskürək kəsən içkilər bunlardır:

• Alma çayı. Tərkibindəki C vitamini sayəsində alma çayı tənəffüs yollarını narahat edən bəlğəmi yumşaldır ki, bu da öskürəyə qarşı yaxşı gəlir.

• Süd. Qızdırılmış südə bal əlavə etməklə boğazda qıcıqlanma və öskürəyin qarşısını almaq olur. İsti süd boğazı sakitləşdirir və öskürəyi azaldır.

• Zəncəfil çayı. Toz halında olan zəncəfil 1 stəkan qaynadılmış suya tökülür, üzərinə darçın və mixək əlavə edilərək 5-6 dəqiqə dəmlənilir. Zəncəfil çayına bal əlavə etməklə öskürəyin tez kəsilməsinə nail olmaq mümkündür.

• Bunlardan başqa, itburnu, heyva, çökə, adaçayı, nanə, ekinezya çayları, badam-portağal şirəsi, zəncəfil-darçın qarışıq çay, qara bibərlə bal, tut və üzüm bəkməzləri, turp və bal qarışığı da öskürəyin qarşısını sürətlə almağa kömək olur.//lent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Dekabr 2024 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri