Icma.az
close
up
RU
Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın inkişafında maraqlıdır

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın inkişafında maraqlıdır

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu il ərzində Transxəzər marşrutu üzrə yükdaşımaların həcmi 62 faiz artıb".

APA-xəbər verir ki, bu fikirləri Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclasına onlayn formatda qoşulan Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun direktoru Erkin Tukumov deyib.

O, 500 milyon dollarlıq ticarət dövriyyəsinin həcmini ölkələrin malik olduğu potensialı tam şəkildə əks etdirmədiyini söyləyib: "Bu il biz ölkələrimiz arasında Dostluq və Strateji Əməkdaşlıq Haqqında müqavilənin 20 illiyini qeyd edirik. Qlobal məcrada müharibələrin getdiyi dövrdə bu dostluq və əməkdaşlığın böyük əhəmiyyəti var. Mən hesab edirəm ki, 500 milyon dollarlıq ticarət dövriyyəsi çox azdır. Ümumilikdə isə biz infrastruktur layihələrinə fokuslanmalıyıq. Biz bu ilin ortalarında Çinə yükdaşımaların həcmini artıracaq dəmir yolu xəttinin inşasını başa çatdırmağı planlaşdırırıq. Azərbaycan həm Mərkəzi, həm də Cənubi Asiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Qazaxıstan Azərbaycanın Cənubi Qafqaz regionuna yükdaşımaların həcminin artırılması istiqamətindəki səylərini dəstəkləyir. Bu il ərzində Transxəzər marşrutu üzrə yükdaşımaların həcmi 62 faiz artıb. Bizim ölkələrimiz ümumi tarixi köklərə malikdir. Daxili dinamika və regional spesifikanı anlamadan qurulan əlaqələr əlbəttə ki, geniş olmayacaq. Ölkələrimizdə fəaliyyət göstərən universitetlərdə çalışan alimlərimiz arasında da əməkdaşlıq əlaqələrinin genişləndirilməsi çox vacibdir. Mən təklif edirəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin təmsilçilərinin iştirakı ilə görüş keçirib əməkdaşlığımızın perspektivləri və zəif nöqtələrimiz barədə müzakirələr aparaq. Mən həm də Qazaxıstan-Azərbaycan Ekspert Şurasının 5-ci yubiley görüşünün keçirilməsini təklif edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri