Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Ekspert: Azərbaycan Mərkəzi Asiya formatı inkişafa yönəlik strateji konsepsiyadır

Ekspert: Azərbaycan Mərkəzi Asiya formatı inkişafa yönəlik strateji konsepsiyadır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində son illər müşahidə edilən dinamizm yeni bir geosiyasi mərhələnin əsasını qoyur. Tarixi, mədəni və mənəvi bağlarla bir-birinə bağlı olan bu məkan indi həm də vahid əməkdaşlıq platformasına çevrilir. Azərbaycanın təbi, tamhüquqlu tərəfdaş kimi yer alması ilə Mərkəzi Asiya “beş ölkə” formatından çıxaraq yeni formaya düşür. Bu dəyişiklik bölgənin gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji konsepsiyadır. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasına qatılması və nitq söyləməsi onu göstərir ki, Azərbaycan bu konsepsiyada müşahidəçi və ya qonaq qismində deyil, təşəbbüskar və qərarvermə prosesinin üzvü kimi çıxış edir. Bu isə regionda yeni siyasi arxitekturanın formalaşması deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Mərkəzi Asiya formatında iştirakı Azərbaycanın Cənubi Qafqazdakı rolunu kölgədə qoymur. Əksinə Azərbaycan paralel şəkildə hər iki regionda öz fəaliyyətini davam etdirməklə, bu iki məkan arasında unikal körpü rolunu oynayır. Bu çoxformatlı siyasət Azərbaycanın çoxşaxəli diplomatiyasının, balanslaşdırılmış xarici siyasət kursunun və regional sabitlikdə maraqlı olan dövlət kimi mövqeyinin göstəricisidir.

“Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatının genişlənməsi Azərbaycanın iqtisadiyyatına, təhlükəsizliyinə və siyasi nüfuzuna birbaşa təsir edir. İlk növbədə, nəqliyyat-logistika əlaqələrinin güclənməsi ölkəmizin enerji və tranzit layihələrində rolunu artırır. Orta Dəhliz çərçivəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan xətti, Xəzər vasitəsilə multimodal daşımalar və Türk Dövlətləri Təşkilatındakı əməkdaşlıq Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da yüksəldir. Enerji sahəsində əlaqələr strateji səviyyəyə yüksəlir. Mərkəzi Asiyanın zəngin qaz və neft ehtiyatları, Azərbaycanın isə qədim və etibarlı enerji-nəqliyyat infrastruktur təcrübəsi bir-birini tamamlayır. Bu əməkdaşlıq həm istehsal, həm də nəql marşrutlarının şaxələndirilməsinə imkan yaradır.

Azərbaycanın texnologiya, müdafiə sənayesi, kənd təsərrüfatı, təhsil və rəqəmsal idarəetmə sahəsində təcrübəsinin Mərkəzi Asiya ölkələrinə transferi qarşılıqlı fayda yaradır. Azərbaycan bu sahələrdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyərək regionda yeni iqtisadi fürsətlərin açılmasına töhfə verir. Ölkəmizin bu regional formata daxil olması Mərkəzi Asiya ölkələri üçün böyük imkanlar açır. Azərbaycan bu region üçün Qərbə açılan etibarlı körpü, logistika qapısı rolunu gücləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, TRACECA və digər nəqliyyat arteriyaları Mərkəzi Asiya məhsullarının Avropaya axışını sürətləndirir”, - deyə M.Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, Azərbaycanın diplomatik təcrübəsi və balanslaşdırılmış siyasəti Mərkəzi Asiya üçün təhlükəsizlik və əməkdaşlıq mühitinin sabitləşdirilməsinə töhfə verir. Bakı həm Türk dünyası çərçivəsində, həm də beynəlxalq təşkilatlarda regionu dəstəkləyən mühüm tərəfdaşdır. O baxımdan deyə bilərik ki, Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası tarixi əsaslara söykənən, müasir reallıqlarla dəstəklənən və gələcəyə hesablanmış strateji prosesdir. Bu yeni format nə regiondaxili güc balansını pozur, nə də Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini zəiflədir. Əksinə, Azərbaycan həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada sabitlik, inkişaf və əməkdaşlıq missiyasını paralel şəkildə həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri