Icma.az
close
up
RU
Altılıq formatının YÜKSƏLİŞİ Azərbaycan və Mərkəzi Asiya arasında geosiyasi əməkdaşlığın PERSPEKTİVLƏRİ

Altılıq formatının YÜKSƏLİŞİ Azərbaycan və Mərkəzi Asiya arasında geosiyasi əməkdaşlığın PERSPEKTİVLƏRİ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan dövləti beynəlxalq əməkdaşlıq çərçivələrini Asiya coğrafiyası hesabına sürətlə genişləndirir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı bu əlaqələri bir qədər də gücləndirəcək və qarşılıqlı təmasları yeni müstəviyə keçirəcək.
“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Asiya platformasının dəyərli üzvü

Prezidentin 7-ci Məşvərət görüşündə səsləndirdiyi bu fikirlər tam reallığı əks etdirməklə yanaşı praktik nəticələr də verir. Məsələn, Daşkənd zirvəsi ilə Azərbaycan rəsmən Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulur, bununla da sözügedən formatın ölkə tərkibi mövcud “5-lik”dən “6-lığa” çevrilir, fakt olaraq, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid regional platforma çərçivəsində birləşir, ən nəhayət, rəsmi Bakı Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunu qazanır.
Beləliklə, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələri 6 postsovet ölkəsini bir araya gətirən ən uğurlu əməkdaşlıq modellərindən birini yaradır. Çünki, iki strateji regionu əhatə edən “Altılıq platforması”nda təmsil olunan dövlətlər həm zəngin təbii resurslara sahibdir, həm əlverişli coğrafi mövqeyi ilə seçilir, həm də yaxın dillərin və eyni dinin daşıyıcıları olan xalqları birləşdirdiyindən onun uzunömürlü və effektiv birlik olacağına şübhə yoxdur.
 

Ümumiyyətlə, rəsmi Bakı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində faktiki, güclü birləşdirici bəndə çevrilməkdədir. Sözügedən bölgədə yerləşən respublikalarla MDB, AQEM, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digərləri çərçivəsində qurulan möhkəm əlaqələr isə tək oxşar tarixi-etnik köklər deyil, həm də güclü iqtisadi potensial və zəngin təbii resurslarla bağlıdır.


Bir sözlə, Özbəkistanın paytaxtı Daşkənddə düzənlənən görüş gələcək prioritetlərə nəzər yetirmək və birgə layihələri reallaşdırmaq üçün “yol xəritəsi”ni müəyyənləşdirir. Bakı və Mərkəzi Asiya üzrə tərəfdaşlar arasında siyasi-diplomatik əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz effektiv nəticələrini göstərir. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərin Asiya coğrafiyasında yerləşən dostlar tərəfindən dəstəklənməsi, Qarabağ və Şərqi Zəngəzurda davam edən quruculuq prosesinə Mərkəzi Asiyadan olan ölkələrin verdiyi töhfələr bir daha təsdiqləyir ki, bizi təkcə coğrafiya, tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr deyil, həm də postmüharibə reallıqları və qlobal çağırışlar birləşdirir.
Ortaq maraqlar, zəngin təbii resurslar
Əməkdaşlığın 2-ci mühüm istiqaməti iqtisadi sektor sayılır. Azərbaycan və Mərkəzi Asiya ölkələrini şaxələndirilmiş ticarət yollarının inkişafı və regional sabitliyin gücləndirilməsindəki ortaq maraqlar da bir araya gətirir. Ölkələrimizin iqtisadi əlaqələrində son illərin statistikası isə hər şeyi öz yerinə qoyur. Belə ki,
-2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon dollara çatıb, cari ilin 1-ci yarısında ticarət dövriyyəsi 501 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur;
-2025-ci ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 118,479 milyon dollar təşkil edib;
-Azərbaycanla Özbəkistan arasındakı əmtəə dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artıb;
-Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,5 dəfə artıb;
-2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 99,1 faiz artıb.
Bəli, rəqəmlərdən iqtisadi əməkdaşlığın effektivliyi və dinamikliyi aydın görünür. Nəqliyyat və enerji, üstəlik, bərpaolunan enerji sektorları ilə bağlı qarşıda hələ bir neçə geostrateji layihənin də həyata keçiriləcəyini bura əlavə etsək, Daşkənd sammitindən sonra “Altılıq” formatına çevrilən Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının dərinləşməsi üçün geniş potensialın mövcudluğunu qətiyyətlə söyləmək olar. Bu gün hər kəs görür ki, Azərbaycan Qərb bazarlarına çıxış əldə etmək istəyən Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkədir.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhlizin hərəkətverici qüvvələrindən biri olan Azərbaycan nəqliyyat infrastrukturunu – xüsusilə də, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini genişləndirir. Dəmiryolu, dəniz, hava nəqliyyatının bir qədər də təkmilləşdirilməsi səbəbindən isə dünya gücləri və tərəfdaş ölkələr Azərbaycanı Orta Dəhlizin əsas halqası adlandırır.
-Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında tranzit daşımaların həcmi 2024-cü ildə 1,3 milyon tonu ötdü və 2023-cü illə müqayisədə 18 faizdən çox artım qeydə alındı;
-2025-ci ilin ilk 9 ayında isə bu rəqəm nəqliyyat mübadiləsində davamlı dinamik artım nümayiş etdirərək 1 milyon tona yaxınlaşır;
-Yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və 9 beynəlxalq hava limanı ölkəmizin qlobal nəqliyyat və logistika qovşağı rolunu gücləndirir;
-illik ötürücülük gücü 15 milyon ton nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə böyük fayda gətirəcək.
Ayırıcı yox, birləşdirici ölkə
Azərbaycan dayanıqlı inkişafa qlobal keçid şəraitində enerji təhlükəsizliyi və bərpaolunan enerji mənbələrinin inkişafı məsələlərində də əsas tərəfdaşa çevrilir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərinin enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji saziş və memorandumlar imzalamaları həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının inkişafı çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi üçün yeni perspektivlər açır.
 

Daha bir mühüm detal... Ermənistan Qazaxıstan da daxil olmaqla Mərkəzi Asiya respublikalarından taxıl və digər məhsullar idxal etmək niyyətindədir. Bu məsələdə Azərbaycan yenə də birləşdirici missiya yerinə yetirir. Məğlub ölkəyə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Mərkəzi Asiyadan gələn yüklərin Ermənistana ötürülməsi rəsmi Bakının xeyirxah və sülh jesti olduğu qədər həm də Zəngəzur dəhlizinin açılması zərurətini artırır.


Bir sözlə, Azərbaycanın Çindən tutmuş Mərkəzi Asiya ölkələri, Türkiyə və uzaq ABŞ-a qədər geniş coğrafiyada nüfuz qazanması onun regional əməkdaşlıqla bağlı imperativlərinin də hər kəs tərəfindən qəbulunu şərtləndirəcək. Bu isə Mərkəzi Asiya formatının tamhüquqlü üzvü kimi ölkəmizin geniş geostrateji məkanda vazkeçilməz tərəfdaşa çevrildiyinin real təsdiqidir.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Noyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri