Ekspert: Azərbaycanın Ermənistana neft məhsullarının ixracına başlaması regionda yeni imkanlar yaradır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 26 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min Amerika Birləşmiş Ştatları dolları dəyərində məhsul ixrac edib. Ötən il Azərbaycanın Ermənistana neft məhsullarının ixracına başlaması regionda enerji təminatına və iqtisadi əməkdaşlığın inkişafına yeni imkanlar yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Ermənistandan Azərbaycana heç bir məhsul ixrac edilməməsi ticarət dövriyyəsində Azərbaycanın təşəbbüskar mövqedə olduğunu göstərir: "Başqa sözlə, Azərbaycan öz iqtisadi resursları və imkanları ilə Ermənistana bir növ “süni nəfəs” verərək ticarət əlaqələrinin formalaşmasına dəstək olub. Ötən ilin statistikası göstərir ki, Azərbaycanın ixrac etdiyi məhsulların əsas istiqaməti energetika sahəsi ilə bağlı olub, xüsusilə neft məhsulları təşkil edib. Bu, həm regional enerji təhlükəsizliyinə töhfə verir, həm də iqtisadi əməkdaşlığın təməlini qoyur. Kiçik həcmdə digər sənaye və istehsal malları da ixrac olunub. Bu faktlar Azərbaycanın regionda iqtisadi təşəbbüskarlığını və sülhyönümlü iqtisadi siyasətini vurğulayır. Ölkəmiz qarşıdakı illərdə ticarət əlaqələrini daha da genişləndirməyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını artırmağı hədəfləyir",- deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















