Icma.az
close
up
RU
Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyinin bariz nümunəsi

Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyinin bariz nümunəsi

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, bu gün ölkəmiz tarixinin ən parlaq, ən güclü dövrünü yaşayır və həm regionda, həm də beynəlxalq müstəvidə söz sahibi olan nüfuzlu dövlət kimi tanınır. Şübhəsiz ki, bu möhtəşəm nailiyyətlər müstəqil və qətiyyətli siyasətin nəticəsidir. 

Xüsusilə qeyd etmək lazımdır ki, bütün bu uğurlara Prezident İlham Əliyevin uzaqgörən və müstəqil siyasəti nəticəsində nail olunub. İlham Əliyev təkcə Azərbaycan və Qafqazda deyil, dünya miqyasında qəbul olunan, qlobal liderliyi etiraf edilən bir dövlət başçısıdır. Bu gün dünyada elə bir beynəlxalq toplantı yoxdur ki, Azərbaycan Prezidenti ora dəvət edilməsin və müasir çağırışlar, qlobal problemlərin həlli yolları ilə bağlı qətiyyətli mövqeyi, konstruktiv təklifləri dinlənilməsin. İlham Əliyevin təşəbbüsləri beynəlxalq əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm nümunə kimi qəbul olunur. Dünyanın ən qüdrətli dövləti ABŞ-nin Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən üçtərəfli görüşdə İlham Əliyevə xitabən "Siz böyük lidersiniz" ifadəsini işlətməsi, həmçinin "Truth Social" sosial şəbəkəsində dövlətimizin başçısının çıxışını paylaşması Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzunun etirafıdır. İlham Əliyevin sayəsində bu gün Azərbaycan beynəlxalq səhnədə böyük transmilli layihələrin təşəbbüskarı, bu layihələrdə fəal və etibarlı tərəfdaş kimi tanınır. Bu cür müstəqil xarici siyasət isə regional əməkdaşlığı dərinləşdirir, qlobal səviyyədə Azərbaycanın nüfuzunu daha da artırır.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin dəstək verdiyi "Şərq-Qərb", "Şimal-Cənub" və Orta nəqliyyat dəhlizləri ölkəmizi qitələri birləşdirən strateji mərkəzə çevirib. Qürurla qeyd edə bilərik ki, Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edən əsas oyunçulardan biridir. Dövlətimizin başçısının həyata keçirdiyi balanslı və çevik xarici siyasət, enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Azərbaycandan İtaliyaya qədər uzanan "Cənub qaz dəhlizi" bu gün Avropa İttifaqının təbii qaz təchizatında mühüm rol oynayır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir dövrün çağırışlarına çevik cavab verən ölkə, regional sabitlik və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir. Azərbaycanın müasir enerji infrastrukturu və dürüst enerji siyasəti bu gün iqtisadi gücümüzü və dünyanın enerji xəritəsində mövqeyimizi göstərir ki, bunun da müəllifi Prezident İlham Əliyevdir. Dövlətimizin həm regional, həm də beynəlxalq miqyasda nailiyyətlərini təmin edən əsas səbəb Prezident İlham Əliyevin qlobal səyləri, yenilməz iradəsi, uzaqgörənliyi və qətiyyətidir. Prezident İlham Əliyev çoxsaylı beynəlxalq təşkilatlarla qurduğu səmərəli əməkdaşlıq sayəsində ölkəmiz qlobal miqyasda tanınan nüfuzlu və etibarlı tərəfdaş dövlətə çevrilmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına (2019-2023) uğurlu sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr vermişdir. Onun təşəbbüsü ilə BMT Baş Assambleyasında Qoşulmama Hərəkatının adından qəbul olunan qətnamələr beynəlxalq ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinin müdafiəsinə xidmət etmişdir. Azərbaycan bu fəaliyyəti ilə yalnız üzv dövlətlərin deyil, eyni zamanda bütün dünya ictimaiyyətinin etimadını qazanmışdır.

İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı Baş nazir Viktor Orbanın dövlətimizin başçısı haqqında səsləndirdiyi fikirləri eşidib qürurlanmamaq mümkün deyil: "Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı - bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək". Daha sonra Baş nazir dövlətimizin başçısı haqqında "Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur".

Bu gün dövlətimizin başçısının idaretmə təcrübəsi dünya liderləri tərəfindən öyrənilərək praktikada tətbiq olunur. Macarıstanın Baş naziri Viktor Orbanın fikridir: "Mən son 10 ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm". Sözsüz ki, bu sözlər Prezident İlham Əliyevin qlobal nüfuzuna verilən ali qiymətin, dövlətimizin başçısının şəxsiyyətinə olan yüksək ehtiramın göstəricisidir.

Azərbaycan xalqının və Prezidentinin səmimi dostu olduğunu bildirən Serbiya Prezidenti Aleksandar Vuçiç də ölkəmizə səfəri zamanı bir çox məsələləri öyrəndiyinə görə İlham Əliyevə minnətdarlığını ifadə etmişdir. "Mən bu səfərdən, həqiqətən də, çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də, çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm".

Dövlətimizin başçısına olan xüsusi hörmət və diqqət müxtəlif dövlətlərə səfərləri zamanı qarşılanmadan tutmuş keçirilən görüşlərdə də özünü göstərir. 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olan Prezident İlham Əliyevin qarşılanma mərasimində toplardan yaylım atəşlərinin açılması ilə yaddaşlara öz möhürünü vurub. Biz eyni münasibəti dövlətimizin başçısının Çinə səfəri zamanı da şahid olduq.  Azərbaycan-Çin münasibətləri yeni, çoxvektorlu əməkdaşlıq mərhələsinə qədəm qoyub. Nəqliyyat, enerji, iqtisadiyyat və humanitar sahələr üzrə aparılan intensiv müzakirələr Prezident İlham Əliyevin uzaqgörən və strateji liderliyinin bariz nümunəsidir. Azərbaycan Prezidentinin Çinin nüfuzlu dövlət və iş adamları ilə keçirdiyi görüşlərdə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə yönəlmiş konkret təşəbbüslər irəli sürülmüşdür. Səfər zamanı Çin dövlət başçısı Si Cinpinin İlham Əliyevə göstərdiyi fərqli və səmimi münasibəti, aparılan danışıqların nəticəsi olaraq qəbul edilən bəyannamələr və imzalanan müqavilələr Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada strateji əhəmiyyətli tərəfdaş olduğunu bir daha təsdiqləyir. 

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə Azərbaycan yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, həm də Cənubi Qafqazın siyasi arxitekturasında yeni mərhələnin əsasını qoydu. Bu dönüş təkcə bir dövlətin torpaqlarını azad etməsi deyildi, bütövlükdə regional güc balansının dəyişməsi, yeni reallıqların formalaşması və sabitliyə əsaslanan inkişaf modelinin meydana çıxması idi. Məhz bu qələbədən sonra Azərbaycan regionun aparıcı aktoruna çevrildi. Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri, həyata keçirdiyi transmilli layihələr və beynəlxalq əməkdaşlıq formatlarındakı fəallığı dövlətimizin və onun liderinin regional və qlobal siyasi gündəliyin formalaşdırılmasında artan rolunu nümayiş etdirir. Bu gün Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün tamamilə yeni imkanlar açır. Azərbaycanın artan gücü, siyasi qətiyyəti və müstəqil mövqeyi onu yalnız regionun deyil, həm də qlobal siyasətin əsas dayaqlarından birinə çevirir. Dövlətimizin təşəbbüsləri sülh, əməkdaşlıq və tərəqqi gündəliyinin təşviqi üzərində qurulub. Azərbaycan Cənubi Qafqazda yeni güc balansının memarı, yeni reallıqların diktəçisi və beynəlxalq münasibətlərdə yeni qaydaların formalaşmasında fəal iştirakçı kimi çıxış edir. Gözlərimizin qarşısında bu gün dünya tarixi yenidən yazılır və həmin yeni düzənin müəlliflərindən biri də Azərbaycandır. Sözsüz ki, yeni düzən yeni qaydalar, yeni güc mərkəzləri deməkdir. Əsas məsələ - bu qaydaları diktə edən, proseslərə yön verən tərəf olmaqdır. Azərbaycan siyasi, müstəqil və prinsipial siyasəti ilə fərqlənir və bunun nəticəsində yalnız regional liderliyini yox, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.

Ən əsası, bütün bu uğurların əsasında isə güclü lider - Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xalqın ona verdiyi sarsılmaz dəstək dayanır.

Vüqar HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see181

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see178

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see157

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see149

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see142

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see130

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see128

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see120

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see120

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see118

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see117

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri