Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Ekspert: “Dərsliklər kollektiv məhsul kimi hazırlanmalıdır”

Ekspert: “Dərsliklər kollektiv məhsul kimi hazırlanmalıdır”

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Facebook” sosial şəbəkəsində paylaşdığı videoda bir xanım müəllim təhsil sistemini tənqid edib.

Onun sözlərinə görə, 6-cı sinif üçün nəzərdə tutulmuş Azərbaycan tarixi dərsliyində ibtidai icma quruluşu mövzusuna 63 səhifə, ümumi dünya tarixi dərsliyində eyni mövzuya cəmi 17 səhifədə yer verilib.

Müəllim bildirib ki, bu dərsliyi beş alim hazırlayıb.

Onun fikrincə, 6-cı sinif şagirdi üçün bu həcmdə və bu səviyyədə məlumatı mənimsəmək çətindir.

O iddia edib ki, Azərbaycan tarixini öyrənməyə başlayan 6-cı sinif şagirdi dərsliyin ağır olması ilə bağlı kitaba nifrət edir. Onun sözlərinə görə, bu vəziyyətdən bütün tələbələr narazıdır.

Tarix dərslikləri hazırlanarkən nələrə diqqət edilməlidir?Şagirdlərdə necə maraq yaratmaq lazımdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yeni dərsliklərin hazırlanması prosesi bir qədər sürətlənib: “Bəli, bu gün dərsliklərdə nöqsanların olmasını Elm və Təhsil naziri Emin Əmrullayev ötən il keçirilən ənənəvi sentyabr konfransında deyib. Nazir bildirib ki, müəlliflik iddiasında olan şəxslər bu məsələlərdə müəyyən qədər iddialarından əl çəkməlidir. Yəni dərsliklər kollektiv bir məhsul kimi hazırlanıb ortaya çıxmalıdır. Təhsil İnstitutu dərsliklərlə bağlı xüsusi komissiyalar yaradıb. Bu proses açıq şəkildə qalıb. İstənilən şəxs tarix dərslikləri və başqa tədris vəsaitləri ilə bağlı əlavə təkliflərini təqdim edə bilər. Verilən təkliflər ümumi müzakirəyə çıxarılır və müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilir. Buna görə də yeni dərsliklərin hazırlanması prosesi bir qədər sürətlənib”.

Təhsil eksperti deyib: “Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin ötən il sentyabr konfransında səsləndirdiyi fikirlər də bu məsələyə diqqətin olduğunu göstərir. Nazirlik bildirib ki, tarix, ədəbiyyat və başqa fənn dərsliklərində müəyyən çatışmazlıqlar və onların aradan qaldırılmasıba təşəbbüslər var. Bu prosesə mütəxəssislərin münasibəti də mühüm rol oynayacaq. Təcrübəli müəllimlərin, tarixçilərin, dilçilərin, riyaziyyatçıların, fiziklərin və kimyaçıların bu məsələyə yanaşmasından çox şey asılı olacaq.

Bilirik ki, Nazirlər Kabinetinin qərarına əsasən, dərs vəsaitləri müəyyən müddətdən bir yenilənməlidir. Düşünürəm ki, növbəti yenilənmə mərhələsində dərsliklərin keyfiyyəti və tədris işinə təsir edə biləcək dəyişikliklər olmalıdır. Ümid edək ki, növbəti tədris ili üçün dərsliklərə müəyyən əlavələr və düzəlişlər nəzərə alınacaq”.

Məzahir Məmmədli əlavə edib: “Artıq blok imtahanları və buraxılış imtahanları ərəfəsində də görürük ki, Dövlət İmtahan Mərkəzinin və “bunker müəllim”lərin hazırladığı sualların özündə də müəyyən manipulyativ mövqelər var. Orda tələ suallar ortaya çıxıb. Məsələn, ötən il Dövlət İmtahan Mərkəzi özü də etiraf etdi ki, tarix fənni üzrə 7-ci sinif və 11-ci sinif səviyyəsində sualların hazırlanmasında müəyyən fərqlər olub. Ən xırda detal belə gələcəkdə abituriyentlərin taleyi üçün müəyyən rol oynayır. Bir səhv də problem yaradır. Buna görə Dövlət İmtahan Mərkəzi və “bunker müəllim”lərinin özləri də bu dərsliklərin vahid bir şəkildə formalaşmasına dəstək olmalıdırlar”.

Günel Həsənova, Bizimyol.info.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Avqust 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri