Icma.az
close
up
RU
Ekspert: “El Ninyo” təbiət hadisəsi qlobal kənd təsərrüfatına ciddi təhdid yaradır

Ekspert: “El Ninyo” təbiət hadisəsi qlobal kənd təsərrüfatına ciddi təhdid yaradır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Sakit okeanın ekvatoral hissəsində suyun temperaturunun anomal dərəcədə yüksəlməsi ilə müşayiət olunan “El-Ninyo” iqlim hadisəsi dünya üzrə kənd təsərrüfatı istehsalına və məhsuldarlığa ciddi ziyan vura bilər. Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu barədə Beynəlxalq Aqrobiznes və Ərzaq Təhlükəsizliyi Mərkəzinin direktoru Anatoli Tixonov xəbərdarlıq edib. Ekspertin fikrincə, bu iqlim dəyişikliyindən ən çox Asiya-Sakit okean regionu ölkələri, Latın Amerikası və Avstraliya zərər çəkəcək.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) cari ilin may ayında dərc olunmuş hesabatına əsasən, 2026-cı ilin sentyabr-oktyabr aylarında Sakit okeanın suyunun temperaturu normadan 3 dərəcədən çox yüksələ bilər ki, bu da müşahidə tarixi ərzində ikinci ən yüksək temperatur piki hesab olunur.

Qlobal iqlim dəyişikliyinin regional fəsadları barədə aşağıdakı faktlar qeyd olunur:

·  Asiya-Sakit okean regionu: Kəskin rütubət çatışmazlığı fonunda İndoneziyada palma yağı istehsalının 1–2 milyon ton azalacağı, gübrə qiymətlərinin isə 30 faiz artacağı proqnozlaşdırılır.

·  Avstraliya: ABŞ Kənd Təsərrüfatı Nazirliyinin xarici aqrar xidmətinin məlumatına görə, ölkədə buğda istehsalı ötən illə müqayisədə 19 faiz azalaraq 29 milyon tona düşə bilər. Quraqlığa hazırlıq məqsədilə qaramalın təcili kəsiminə başlanılıb.

·  Latın Amerikası: Region dağıdıcı daşqınların təsirinə məruz qalıb. Artıq Peru ərazisində onlarla insanın ölümünə və infrastrukturun dağılmasına səbəb olan regional “El-Ninyo” fəsadları ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Ekspertlər bildirirlər ki, lokal iqlim böhranları artıq qlobal bazarlara təsir göstərməkdədir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, 2026-cı ilin aprel ayında dünyada ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,3 faiz artaraq 127,4 bəndə çatıb. Hava şəraiti ilə bağlı risklər real xarakter aldıqca qiymət artımının davam edəcəyi gözlənilir.

Ə.Arzu
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri