“El Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
“El-Ninyo” iqlim hadisəsi planetin bir-birindən uzaq bölgələrində fərqli xarakterli ekstremal hava hadisələrinə – daşqınlara, quraqlıqlara, siklonlara və meşə yanğınlarına səbəb olur. Lakin çox vaxt unuduruq ki, bu cür ekstremal hava hadisələrinin əksəriyyətini əvvəlcədən proqnozlaşdırmaq mümkündür.
AZƏRTAC “New Scientist” jurnalına istinadla xəbər verir ki, son 70 ildə baş vermiş səkkiz güclü “El-Ninyo” hadisəsinin hamısı İndoneziyada quraqlığa səbəb olub. Bütün əsas modellər hazırda rekord səviyyəyə çatan “El-Ninyo” hadisəsinin bu ölkədə payız və qış fəsillərinin quraq keçməsinə gətirib çıxaracağını proqnozlaşdırır. Buna görə də İndoneziyanın getdikcə şiddətlənən quraqlıq və meşə yanğınları ilə mübarizə aparması təəccüblü deyil. Gələn il ərzində dünyanın müxtəlif bölgələrində də buna bənzər, əvvəlcədən proqnozlaşdırıla bilən nəticələr müşahidə olunacaq.
Hadisələrin məhz bu cür əvvəlcədən proqnozlaşdırıla bilinməsi bəzi ekspertləri “təbii” fəlakətlərin ümumiyyətlə mövcud olmadığını iddia etməyə vadar edir. Onların fikrincə, lazımi hazırlıq görüldüyü təqdirdə, iqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətlər demək olar ki, istənilən ekstremal hava hadisəsinin öhdəsindən gələ bilməlidirlər. Məsələn, Kaliforniya və Peruda bəzi hökumətlər artıq hazırlıq tədbirlərinə başlayıb və fövqəladə vəziyyət elan ediblər. Lakin bir çox ölkə bu istiqamətdə addım atmayıb. Çin, Hindistan və bəzi Avropa ölkələri ərzaq böhranları zamanı istifadə etmək üçün böyük taxıl ehtiyatlarına malikdirlər. ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada isə belə ehtiyatlar yoxdur.
Bununla yanaşı, ən həssas ölkələr, – Efiopiya, Sudan və Cənubi Sudan, – kütləvi aclığın və ölüm hallarının qarşısını almaq üçün planlar hazırlayıblar. Lakin BMT-yə üzv olan digər dövlətlər bu planların həyata keçirilməsi üçün tələb olunan maliyyənin yalnız üçdə birini ayırıblar.
Ən çox ehtiyacı olan ölkələrə vəsait ayırmaqla yanaşı, gündəlik istifadə etdiyimiz ictimai infrastrukturun inkişafına əlavə investisiyalar yatırmaq da öz bəhrəsini verə bilər. Daha çox ehtimala əsaslanan variantlara gəldikdə isə, geotexniki müdaxilələr vasitəsilə “El-Ninyo”nun ən ağır nəticələrini yumşaltmaq təklifləri də mövcuddur.
“El-Ninyo” Yer kürəsinin həssas iqlim sistemində baş verən təbii dövri hadisə olsa da, onun ən ağır nəticələrinin qarşısını almaq bizim imkanlarımız daxilindədir. Bunun üçün hər zaman olduğu kimi qlobal istiləşməni dayandırmaq məqsədilə karbon emissiyalarını azaltmaq lazımdır. Beləliklə, narahat olmalı olduğumuz ekstremal hava hadisələrinin sayı bir qədər azalar.
Emissiyaların durmadan artmasının nəticələri əvvəlcədən proqnozlaşdırıla bilər. Buna görə də heç kim baş verənlər barədə əvvəlcədən xəbərdarlıq edilmədiyini deyə bilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Oktyabr 2026 05:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















