Icma.az
close
up
RU
El Ninyo gücünü artırır: Dünya üçün təhlükəli dövr başlayır

El Ninyo gücünü artırır: Dünya üçün təhlükəli dövr başlayır

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

"El-Ninyo" təbiət hadisəsi güc toplayır və dekabrda ən yüksək həddə çata bilər.

TASS xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bəyan edib.

ÜMT-nin qlobal mövsümi iqlim üzrə aylıq bülletenində qeyd olunur ki, "El-Ninyo" dekabrda proqnozlaşdırılan pik həddinə qədər güclənməyə davam edəcək.

"Proqnozlara əsasən, 2026-cı ilin oktyabrından dekabrına kimi Sakit okeanın tropik zonasının mərkəzi və şərq hissələrində dəniz səthinin temperaturu rekord göstəricilərə çatacaq", - deyə təşkilatdan bildirilib.

El-Ninyonun şiddətlənməsi dünyanın müxtəlif bölgələrində həm hava şəraitinə, həm də iqtisadiyyata, ekosistemlərə və əhaliyə öz təsirini göstərəcək. Bu təbiət hadisəsinin yer kürəsinin böyük bir hissəsində temperaturu orta göstəricidən yuxarı qaldıracağı, yağıntıların xarakterini dəyişərək müxtəlif ərazilərdə daşqın və quraqlıq risklərini artıracağı ehtimal olunur.

"El-Ninyo" fenomeni artıq tam formalaşıb və sürətlə güclənməkdədir. ÜMT-nin proqnozlarına görə, 100 faizə yaxın ehtimalla bu hadisə 2027-ci ilin fevral ayına qədər davam edəcək və böyük ehtimalla 1950-ci ildən bu yana qeydə alınan ən güclü hadisələrdən biri olacaq", - deyə ÜMT-nin baş katibi Seleste Saulo vurğulayıb.

O aydınlaşdırıb ki, "El-Ninyo" planetə əlavə istilik gətirmir, sadəcə olaraq okeanın öz səthi altında topladığı istiliyi xaricə buraxır. Elə bu səbəbdən də "El-Ninyo"nun güclü təzahür etdiyi illər çox vaxt ən isti dövrlər sırasına daxil olur.

Saulo əlavə edib ki, hazırda bu istiliyin mənbəyi olan okean ölçmələr tarixində heç vaxt olmadığı qədər isinib və orada xaric olmağa hazır daha çox istilik toplanıb.

Planetimizdə iqlim və hava şəraiti əhəmiyyətli dərəcədə iki iqlim fenomeninin - "El-Ninyo"və ""La-Ninyanın (ispanca "oğlan" və "qız") vəziyyətindən asılıdır. Birinci hadisə Sakit okeanın şərq və mərkəzi bölgələrində suyun üst qatının kəskin isinməsi ilə, ikinci hadisə isə əksinə, həmin suların soyuması ilə əlaqələndirilir. Bu parametrdəki dəyişikliklər qlobal iqlim sisteminin okeandakı suyun temperaturu ilə birbaşa əlaqəsi olmayan digər elementlərində də silsilə fəsadlara və dəyişikliklərə yol açır.

///oxu.az///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Oktyabr 2026 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri