Icma.az
close
up
RU
Ekspert: KSQ və BSQ şagirdlər üçün ciddi mənada ağır yüklənmə ilə müşayiət olunur

Ekspert: KSQ və BSQ şagirdlər üçün ciddi mənada ağır yüklənmə ilə müşayiət olunur

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək, təhsil sisteminin effektivliyini şübhə altına alır



Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı orta məktəbin şagirdi İdris Əli Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə AÇIQ MƏKTUB ünvanlayıb.

Hörmətli Nazir!

Mən 76 saylı orta məktəbin şagirdiyəm. Lakin minlərlə şagirdin qəlbində yığılan səsi bu məktub vasitəsilə Sizə çatdırmaq istəyirəm.

Artıq susmaq istəmirik. Biz dərsə qorxu ilə gedirik. Çünki hər gün bizə ağır ev tapşırıqları, BSQ, KSQ imtahanları, səbəbsiz «2» qiymətləri, gündəlikdəki təzyiqlər və daim artan stress yüklənir. Bu, təhsil deyil. Bu uşaqlığın və gələcəyin zəhərlənməsidir.

Ulu öndər Heydər Əliyev “Təhsil millətin gələcəyidir” demişdi. Əgər biz bu millətin gələcəyiyiksə, niyə bu qədər yük altında əzilirik?! Niyə bizi anlayan yoxdur?! Niyə bu qədər şagird gecələr ağlayaraq dərs edir, səhər isə yenə də “hazır deyilsən” cavabını alır?!

Cənab Nazir!

Biz başa düşürük ki, hər kəsin ixtisası və rolu vacibdir. Amma real olaraq bir çox mənasız fənnlər (musiqi, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə və sair) formal şəkildə keçirilir. Şagirdlər maraqlanmır, müəllimlər sadəcə dərsə girib-çıxır. Bu fənnləri tədris edən müəllimlərə aylarla maaş verilir, amma nə faydası, nə nəticəsi var?! Bu, həm büdcə israfı, həm də vaxt itkisidir.

Biz aşağıdakıları istəmirik:

• Məcburi və mənasız fənlər;

• Məcburi Çin dili;

• Elektron jurnalda, gündəlikdə ani və səbəbsiz qiymətlər;

• Sonsuz testlər, BSQ, KSQ və sınaqlar;

• Aşırı ev tapşırıqları və yükləmə.

Biz aşağıdakıları istəyirik:

• Seçim azadlığı;

• İnsana dəyər verən sistem;

• Ədalətli və anlayışlı müəllimlər;

• Stressiz, motivasiyalı təhsil.

Biz öyrənmək istəyirik, amma sevərək – məcburi qaydada yox!

Əgər təhsil bu cür davam edərsə, biz yalnız dərslərdən deyil, gələcəkdən də uzaqlaşacağıq. Zəhmət olmasa, bu sözləri bir uşaq məktubu kimi yox, gələcəyin bir fəryadı kimi qəbul edin.

Təhsili dəyişdirmək – gələcəyi dəyişdirməkdir. Biz isə dəyişiklik istəyirik. Və bu səs artıq susmayacaq.

Hörmətlə: İdris ƏLİ

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmə (BSQ) şagirdlər üçün ciddi mənada ağır yüklənmə ilə müşayiət olunur:


“Ümumiyyətlə, bu tip qiymətləndirmələr şagird üçün hər hansı həlledici akademik nəticə doğurmur. Çünki onların nəticələri illik və yekun qiymətləndirməyə birbaşa təsir göstərmir. Bu baxımdan yanaşdıqda, qiymətləndirmənin şagird üzərində psixoloji təzyiq yaratmaması müsbət məqam kimi dəyərləndirilə bilər. Lakin digər tərəfdən, belə qiymətləndirmələrin motivasiyaedici potensialının aşağı olması səbəbilə onların tədris prosesinə və təhsil nəticələrinə əhəmiyyətli təsiri müşahidə olunmur. Təhsildə real dəyəri və funksional faydası olmayan, tədris məzmununa və strukturuna hər hansı müsbət töhfə verməyən yanaşmaların aradan qaldırılması zəruridir.

Ev tapşırıqları ilə bağlı fikir bildirərkən, qeyd edilməlidir ki, onların ləğvi və ya tətbiq olunmaması təkcə ümumi bir qərarla deyil, ölkənin təhsil sisteminin spesifik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qlobal təcrübəyə nəzər yetirdikdə, bəzi ölkələrdə ev tapşırıqları tamamilə aradan qaldırılıb. Lakin bu qərar həmin ölkələrin artıq müəyyən təhsil mərhələlərini geridə qoyduqları və inkişaf etmiş təhsil sistemlərinə sahib olduqları şəraitdə verilib. Hazırkı mərhələdə bizim təhsil sistemimizdə ev tapşırıqlarının tamamilə ləğvi məqsədəuyğun sayılmır. Bunun əvəzində, onların miqdarının azaldılması və funksional faydasının artırılması nəzərdən keçirilə bilər. Təhsildə hər hansı bir mexanizmin tətbiqi zamanı əsas meyar onun tədris prosesinin effektivliyinə, məzmun keyfiyyətinə və şagirdin kognitiv inkişafına nə dərəcədə təsir göstərməsidir. Əgər ev tapşırıqları və ya ümumilikdə tədris yükünün çoxluğu intellektual inkişafda ciddi nəticə doğurmursa, bu zaman həmin praktikaların yenidən nəzərdən keçirilməsi zərurətə çevrilir. Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək, təhsil sisteminin effektivliyini şübhə altına alır. Müqayisəli təhlil göstərir ki, Sinqapur, Koreya, Çin və Tayvan kimi ölkələrdə şagirdlərin tədris yükü həddindən artıq yüksək olsa da, bu yüklənmə akademik nəticələrlə əsaslandırılır və müsbət nəticələrə gətirib çıxarır. Bu isə göstərir ki, yüksək tədris yükü yalnız nəticə ilə əsaslandırıldığı təqdirdə məqsədəuyğun hesab edilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri