Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

KSQ və BSQ lər ləğv olunur? AÇIQLAMA

KSQ və BSQ lər ləğv olunur? AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Müasir pedaqoji yanaşmalar kontekstində KSQ (Kiçik Summativ Qiymətləndirmə) və BSQ (Böyük Summativ Qiymətləndirmə) ətrafındakı müzakirələrə münasibətim birmənalı deyil. Bu məsələ həm ölçmə-qiymətləndirmənin zəruriliyi, həm də şagird psixologiyasının qorunması arasında incə bir balans tələb edir".

Bu fikirləri Redaktor.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov KSQ və BSQ-lərin ləğvi ilə bağlı təkliflərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, qiymətləndirmə ləğv edilməli deyil, forması dəyişməlidir:

"Təhsildə qiymətləndirmə olmadan keçinmək mümkün deyil. Şagirdin bilik səviyyəsini, tədris olunan cari biliklərin qiymətləndirilməsi aparılmadan növbəti mərhələyə keçmək mümkünsüzdür. Çünki biliklər sistem və zəncirdir.  Lakin ədalət baxımından yanaşsaq valideynlərimizin streslə bağlı şikayətləri tamamilə əsaslıdır. Bizim əsas problemimiz summativlərin şagird üçün sadəcə rəqəm xatirinə yarışa çevrilməsidir. Düşünürəm ki, əgər biz qiymətləndirməni cəza aləti formatından inkişaf göstəricisi formatına keçirsək, bu zaman stres azalacaq. Qiymətləndirmə təhsilin məqsədi deyil, vasitəsi olmalıdır. Digər bir məqam KSQ və BSQ-lərin onların standart test formatında keçirilməsidir və uşaqlarda həyəcan yaratmasının əsas səbəbi də məhz budur. Müasir təhsildə biz formativ qiymətləndirməni ön plana çəkməliyik. Summativləri isə təkcə kağız üzərində testlə deyil, komanda yanaşması, layihə işləri, təqdimatlar, esse və yaradıcı tapşırıqlarla əvəz etsək, bu zaman şagird onu imtahan xofu kimi deyil, öyrəndiyini nümayiş etdirmək fürsəti kimi görər".

Ekspert qeyd etdi ki, son illərdə bir çox fənlər üzrə BSQ-lərin sayı azaldılıb:

"Hesab edirəm ki, ibtidai təhsildə summativ qiymətləndirmə yükü mümkün qədər minimuma endirilməli, əsas diqqət uşaqda öyrənmə həvəsinin qorunmasına yönəlməlidir. Yəni, bu yanaşma ilə biz şagirdə öyrənməyi öyrətmətmiş olacağıq. Daha yuxarı siniflərdə BSQ-lər şagirdi mərkəzləşdirilmiş imtahanlara hazırladığı üçün burada da müəllimlər və eləcə də valideynlər yüksək peşəkarlıq nümayiş etdirməli, prosesi qorxu, həyəcan və yaxşı nəticə əldə etməyəcəkləri təqdirdə cəzalanmaq atmosferindən mümkün qədər uzaq tutmalıdırlar. Məktəb isə summativ nəticələrini şagirdin şəxsiyyətinə verilən qiymət kimi deyil, təlim nəticələrinin analizi kimi təqdim etməlidir. Burada məktəb-valideyn-şagird sinerjisi düzgün qurulmalıdır. Ona görə də KSQ və BSQ-lərin tamamilə ləğvi düşünürəm müzakirə mövzusu ola bilməz. Onlar qiymətləndirmənin alətləri olaraq təhsilin keyfiyyətinə nəzarətin reallaşması üçün önəmlidir. Lakin onların məzmunu sadələşməli, sayı optimallaşdırılmalı və keçirilmə forması müasirləşməlidir. Hədəfdə şagirdə imtahan verən nəzəri ilə deyil, öyrənməyi öyrənən, səriştə və bacarıqlara malik, həmçinin dəyərlərə sahiblənmiş gələcək bitkin vətəndaş kimi nəzər və diqqət göstərməliyik".

Nuriyyə NATİQQIZI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri