Icma.az
close
up
RU
Ekspert: Kurikulumsuz təhsil mümkün deyil

Ekspert: Kurikulumsuz təhsil mümkün deyil

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Elm və Təhsil Nazirliyinin kurikulumları yeniləmə layihəsi çox yerindədir


Sabiq təhsil naziri Firudin Cəlilov müsahibəsində "Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər" deyib.

Sabiq nazirin bu açıqlaması sosial mediada müzakirə predmetinə çevrilib. Həqiqətənmi kurikulumu təhsilimizdən çıxarmaq lazımdır kimi suallar doğurub. 

Bu mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Etibar Əliyev qeyd edib ki, dünyanın bir çox inkişaf etmiş dövlətlərində təhsilin məzmunu mükəmməl kurikulumlar əsasında qurulub və yüksək nəticələr əldə olunub. Bizdə isə bu sənədlər tələsik, başdansovdu, alayarımçıq şəkildə hazırlanaraq məktəblərin istifadəsinə verilib. Bir sözlə, ekspert hesab edir ki,  geriləmələrin səbəbini kurikulum anlayışının təhsilimizə gətirilməsində yox, onun qeyri-peşəkarcasına hazırlanmasında axtarmaq lazımdır. Bu söz təhsilimizə gətirildikdən sonra hər şey dolaşdırıldı və məktəblərimizdə böyük çaşqınlıq yarandı. "Təhsil haqqında" qanunun müvafiq maddəsindən göründüyü kimi kurikulum sözü “təhsil proqramı (kurikulum)” kimi daxil edilib. Buradan belə çıxır ki, “kurikulum”la “təhsil proqramı” eyni anlayışlardır. Belə bir sual ortaya çıxır: “Kurikulum” əvəzinə hamı üçün anlaşıqlı olan və diləyatımlı “təhsil proqramı” ifadəsindən niyə istifadə etmirik? Gürcüstanda bu sözün əvəzinə “milli tədris planı”, Baltikyanı ölkələrdə “dərs proqramı”, Türkiyədə “təhsil proqramı” kimi ifadələr işlədilir. Qazaxıstanda isə bu sözdən yalnız akademik səviyyədə, yəni elmi yazışmalarda istifadə olunur.

"Təhsil haqqında" Qanunda “kurikulum” sözünün mötərizə içərisində yazılmasından istifadə edərək onun ətrafında yaranmış xaosun qarşısını almaq olar. Konseptual sənəd kimi onun içərisinə məzmun standartları, təhsil alanların hazırlığına qoyulan tələblər, təlim texnologiyaları, qiymətləndirmə standartlar və cədvəlləri daxil edilir. Əslində, bu sadalananların hər biri kurikulumun mühüm komponentləri hesab olunur. Belə olan halda bunun nəyi pisdir?”.


Təhsil eksperti Yalçın İslamzadə isə “Sherg.az"a açıqlamasında deyib ki, tək sabiq nazir olsaydı, bu mövzuya reaksiya verməmək olardı. Lakin bir çox təhsil işçisinin müxtəlif platformalarda kurikulumla bağlı  münasibətini təxminən belə ümumiləşdirmək olar:

 "Birtəhər yola verirdik, kurikulum gəldi, hər şey alt-üst oldu".


Y.İslamzadənin fikrincə, kurikulumsuz təhsil mümkün deyil. Bütün fənlərin kurikulumları olmalıdır. Bütün beynəlxalq proqramların müvafiq kurikulumları var:  

"“Cambridge" və ya "Edexcel", yaxud IB kimi təhsil proqramlarını tədris etmək istəyən müəllimin işi ilk növbədə müvafiq kurikulumu çox diqqətlə öyrənmək olmalıdır. Çünki kurikulumda fənnin məqsəd və vəzifələri, metodik yanaşmalar, qiymətləndirmə meyarları, hansı mövzuların hansı ardıcıllıqla keçiləcəyi öz əksini tapır. Bunları bilmədən fənni uğurla tədris etmək mümkün olmaz.

Bu kontekstdə Elm və Təhsil Nazirliyinin kurikulumları yeniləmə layihəsi çox yerindədir. Artıq I-IV siniflər üçün Həyat bilgisi, V və VI siniflər üçün Təbiət fənləri, yuxarı siniflər üçün təbiət fənnlərinin (həmçinin təbiət fənni olmayan digər fənnlərin) kurikulumları təkmilləşdirilib. Əgər əvvəlki kurikulum uğursuz alınıbsa, bu əvvəlki kurikulumun problemidir, ümumiyyətlə, kurikulum problemi deyil.

Fərz edilir ki, kurikulum, əslində, onun əsasında yazılacaq dərsliyin prototipidir, yəni, bir neçə müəllif o kurikuluma əsasən dərslik yazsa, dərsliklər əsasən bir-birinə oxşamalıdır - çünki perspektivi kurikulum müəyyən edir”.


Ekspert qeyd edib ki, əvvəlki kurikulumun məzmun xətti fiziki hadisələr, qanunlar və qanunauyğunluqlar idi. Bu isə bütün fizikanı əhatə edən, həddən artıq geniş məzmun xəttidir ki, addım-addım konkretləşdirib təlim nəticələri əldə etmək çox çətindir:

 “Yeni kurikulumda 6 məzmun xətti müəyyən olunub ki, onlardan addım-addım, konkret təlim nəticəsinə keçmək mümkündür. Kurikulum, 7-11-ci siniflər dövründə hansı mövzuların hansı ardıcıllıqla keçiləcəyinin detallı xəritəsidir, bu xəritə olmadan tədris prosesi qurmaq olmaz. Uşaqların dilinin açılması üçün pedaqoji fakültələrdə ciddi islahat lazımdır, bu fakültələrin proqramları təhsil sahəsindəki son  illərdə əldə olunmuş yenilikləri əks etdirmir.

Təbiət fənlərinin saatı artırılmalıdır, həftədə 2 saatla fizika (kimya, biologiya vs.) öyrətmək olmaz. Azərbaycan dili və ədəbiyyat dərsləri birləşdirilməli, dilin qaydaları və ədəbiyyatın düşünmə-mühakimə, özünüifadə imkanları vahid çərçivədə verilməlidir. Ədəbiyyat dərsində çarşaf-çarşaf dastan, qəzəl verməklə, ana dili dərsində saysız-hesabsız qaydaları öyrətməklə gözləmək olmaz ki, şagird dil açacaq, ana dilində düzgün danışmağı və mühakimə aparmağı öyrənəcək. 

Bu gün ədəbiyyat və ana dili vasitə kimi yox, məqsəd kimi öyrədilir. "Qəzəl müqəddəsdir, icazə verə bilmərik gənc nəsil qəzəl əzbərləməsin", yaxud indiki dövrlə səsləşməyən Qaçaq Nəbi, Koroğlu şagirdlərə maraqlı gəlmir, həyatları ilə arasında əlaqə qura bilmirlər.

Bütün mətnlər ya folklordur, ya da "danlaq-nəsihət" ədəbiyyatı. Yaşlı nənələr və babalar yaramaz uşaqları danlayırlar. Bu isə köhnə mentalitetin nəsihət şəklində forma dəyişdirib ideologiyalaşmasıdır ki, gənclərimizə dil açıb danışmağa, mühakimə aparmağa, düşünməyə imkan vermir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see422

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see365

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see261

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see249

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see228

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see224

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see217

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see214

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see212

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see210

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see190

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see187

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see180

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see176

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see175

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see173

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see172

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see170

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see163

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri