Icma.az
close
up
RU
Ekspert: Qısa vaxt aralığında xüsusi rejimdə mobillik təmin olunub

Ekspert: Qısa vaxt aralığında xüsusi rejimdə mobillik təmin olunub

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 ərəfəsində maşınların azaldığını gördük və bu hal insanları çox məmnun etdi. Çünki həm az tıxac, həm də az maşınlar var idi. Bildirilib ki, nəqliyyatda 40 faiz azalma ediləcək.  40 faiz azalma zamanı bilirik ki, tək avtobuslar bu işi yerinə yetirə bilməyəcək. İmkan olan yerlərdə tramvay xətlərinin çəkilməsi daha məqsədə uyğun olmazmı? Həm tıxacsız, həm də insanlar istədikləri yerə vaxtında çatarlar. Yaxın zamanlarda tramvay xəttləri çəkilə bilərmi? 


Yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd edib ki, COP29 dövründə xüsusi bir rejim tətbiq olunmuşdu:


“Məktəblər, universitetlər tətilə buraxılıb, dövlət müəssisələrinin 70 faiz işçilərinin məsafədən işləməsi təmin olunub, şəhərin daxilindəki marşrut şəbəkəsi tamam dəyişdirilib, bəziləri müvəqqəti ləğv olunub. Yəni bu qısa vaxt aralığında xüsusi rejimdə mobillik təmin olunub. Ancaq böyük şəhərin mobilliyindən danışırıqsa, burada çeşidli üstünlüyü təmin edilmiş, sabit maliyyəsi təmin olunmuş ictimai nəqliyyat növləri təqdim edilməlidir. Bunun isə məsafədən asılı olaraq fərqli həlləri ola bilər. Bunların bəziləri bu il ərzində artıq tətbiq olunur. Yəni qısa məsafəli mikromobillik zolaqları artıq 30 km-ə çatıb. Hətta nəzərdə tutulub ki, 100 km-ə çatdırılsın. Digər tərəfdən avtobus zolağı şəbəkəsi genişlənir. Çox güman ki, yaxın illərdə davamı gələcək. COP zolaqlarının bəziləri də tədbirlər bitəndən sonra ümumi avtobus zolağı şəbəkəsinə əlavə olunacaq. Həmçinin avtobus parkı da yenilənir. Ancaq avtobus daşıyıcılarının dayanıqlılığını təmin edən Brutto müqavilələrə keçid hələ ki, yubanır. Yəni təqdim olub, lakin təsdiqi gözlənilir. Bu isə avtobus daşıyıcılarının da daha effektiv fəaliyyət göstərməsinə, banklardan kreditin cəlb olunmasına və avtobus parkının daha sürətli yenilənməsinə gətirib çıxaracaq",


Ekspert qeyd edib ki, ekoloji cəhətdən təmiz nəqliyyat növləri elektrikli relsli nəqliyyatlardır:

"Şəhər daxili metro şəbəkəsinin inkişafına dair Avropa investisiya bankı ilə ilkin memerendum imzalanıb. Çox güman ki, yaxın illərdə 9 yeni stansiyanın tikilməsini müşahidə edəcəyik. Ümumiyyətlə şəhərətrafı yerüstü metro funksiyasını daşıyan elektrik qatarı dəmiryoludur. Düşünürəm ki, onun da genişləndirilməsi həm baş planda nəzərdə tutulub. Bu Abşerondan üzü şəhərin mərkəzinə doğru mobilliyin təminində çox önəmli paya sahib ola bilər. Lakin dəmiryolu xətlərində həm sağlamlaşdırma işləri görülməlidir, həm də qatarların sayını artırmaq üçün müvafiq sifarişlər olmalıdır. Bununla yanaşı şəhərdə yüngül reysli dəmiryolu sistemi, yəni tramvayların qaytarılmasına ehtiyac var. Bu baş planda da qeyd edilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri