Icma.az
close
up
RU
Layihələr şəhərin davamlı mobillik strategiyasına töhfə verəcək EKSPERT ŞƏRH ETDİ

Layihələr şəhərin davamlı mobillik strategiyasına töhfə verəcək EKSPERT ŞƏRH ETDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bakı şəhərində metro artıq 57 ildir fəaliyyət göstərir və bu illər ərzində metronun fərqli inkişaf dövrləri olub. Müstəqillik illərində şəhərimiz sürətlə böyüyüb, lakin metro stansiyaları və xətləri bu sürətlə inkişaf etməyib. Şəhərin daxilində sıx məskunlaşan yerlərin əlaqələndirilməsi üçün mövcud metro şəbəkəsinin müəyyən istiqamətlərdə genişləndirilməsi vacibdir ki, bu da şəhər daxilindəki mobilliyə və hərəkətliliyə imkan yaratsın". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, metro çox bahalı nəqliyyat növüdür; tikintisi və konseptual planı var. Bu plan fərqli xətlərin yaradılmasını nəzərdə tutur və Bakı şəhərinin baş planına uyğunlaşdırılıb. Şəhərin gələcək inkişaf istiqamətləri nəzərə alınaraq ilkin olaraq bir neçə istiqamətdə, yaxın 5 il ərzində tikinti nəzərdə tutulub: "Hazırda Bakı şəhərinin 3 metro xətti var: qırmızı, yaşıl və bənövşəyi. Bu xətlərin müstəqil fəaliyyətini təmin etmək üçün hər birinin ayrıca deposu olmalıdır. Qırmızı xəttin deposu Bakmil, bənövşəyi xəttin deposu Xocahəsəndə yerləşir. Lakin yaşıl xəttin deposu fəaliyyət göstərmədiyindən qatarlar hələ də qırmızı xəttə yönləndirilir. Bu da fiziki əngəllər və problemlər yaradır; hər hansı qatarda problem olarsa, bütün xətt dayandırılır və o qatar Bakmilə yönləndirilir. Bu səbəbdən, yaşıl xəttin müstəqil fəaliyyətini təmin etmək üçün Dərnəgül deposunun tikilməsi qərara alınıb və aktiv işlərə başlanılıb. Bu ilin sonuna qədər Dərnəgül deposunun tikilib istifadəyə verilməsi planlaşdırılır.

İkinci məsələ, üç xətt varsa, bu xətlərin müstəqil fəaliyyəti üçün onların keçid stansiyaları olmalıdır. Yəni, birindən digərinə keçidi təmin etmək lazımdır ki, bu da intervallara təsir edir. Məsələn, bənövşəyi xətdən yaşıl xəttə keçid stansiyası Memar Əcəmi metro stansiyasıdır və bu fəaliyyət göstərir. Lakin metro tikiləndən bu günə qədər bir məhdudiyyət olaraq, 28 May stansiyasında yaşıl və qırmızı xətlər eyni müstəvidə kəsişir. Bu isə axının parçalanmasına səbəb olur. Əgər qırmızı xətdən gəlirsə, keçid stansiyasında, yəni 28 Mayda düşüb yaşıl xəttin yanaşı stansiyasına keçməlidir və oradan öz səfərini davam etdirməlidir – ya 28 Maya tərəf, ya da Xətaiyə tərəf. Bunun üçün gələn il ərzində xətlərin ayrılması layihəsi icra olunacaq. Bu müddət ərzində 28 May stansiyası dayanmadan fəaliyyət göstərəcək. Qırmızı xətt üzrə, yəni Həzi Aslanov istiqamətindən İçərişəhərə doğru hərəkət edən qatarlarda heç bir problem olmayacaq. Amma 28 May ilə Nizami arasındakı xətt bağlanacaq və əlavə tunellər tikiləcək ki, bu tunellər vasitəsilə xətlər ayrılsın. Bu xətlər ayrılandan sonra artıq qırmızı və yaşıl xətlərdə bugünkü interval dəyişəcək, yəni azalacaq. İndikindən daha tez qatarlar hərəkət edəcək.

Həmçinin, yaşıl xəttin Xətai stansiyasından Həzi Aslanov istiqamətində xəttin və stansiyaların tikintisi nəzərdə tutulub. 2016-cı ildən tikintisinə başlanmış bənövşəyi xəttin şəhər mərkəzinə çatdırılması da planlaşdırılır. Çünki şəhərimizə ən çox axınlardan biri də məhz şimal istiqamətindəndir. Mövcud bənövşəyi xətt Xocahəsən, Avtovağzal, Memar Əcəmi və 8 Noyabr stansiyalarına qədər fəaliyyət göstərir. Hal-hazırda 7 dəqiqəlik intervalla işləyir ki, bu da böyük intervaldır. Əsas məsələ odur ki, bu xətt 7 vaqonlu platformalardan ibarətdir. Mövcud iki xəttimiz 5 vaqonluqsa, burada daha çox sərnişin daşımaq imkanı var.

Bənövşəyi xəttin dördüncü stansiyası artıq tamamlanmaq üzrədir. Bu, təqribən Cəlil Məmmədquluzadə küçəsində, İdman-Sərgi Kompleksi arxasında yerləşir. Ondan sonra növbəti – beşinci stansiya – təqribən Nizami metro stansiyasının yaxınlığında olacaq və Nizami metrosuna keçidi təmin edəcək. Digəri 28 Maydan irəlidə, "Port Baku" istiqamətində planlaşdırılır və ondan sonra Xətai metro stansiyasının yaxınlığında yerləşəcək, bu da Xətai keçidini təmin edəcək. Ağşəhər yaşayış kompleksinin Babək prospekti istiqamətində bir stansiya nəzərdə tutulub. Beləliklə, bənövşəyi xətlə vətəndaşlar həm şəhər mərkəzindən şimal istiqamətinə sürətlə gedə biləcək, həm də marşrut boyu bir neçə stansiyadan keçid etmək imkanı yaranacaq. Eyni zamanda, şimaldan və ya qərb istiqamətindən gələnlər bənövşəyi xətlə şəhər mərkəzinə gələ biləcək və marşrut boyu müəyyən keçidləri təmin etməklə fərqli istiqamətlərə səyahət edə biləcək.

Bunlar bugünkü metro daşımalarının sayını artıracaq və yerüstü nəqliyyatın yükünün önəmli hissəsini öz üzərinə götürəcək. Digər tərəfdən, tez-tez səslənən bir fikir var ki, yerüstü metro funksiyasını daşıya biləcək şəhərətrafı elektrik qatarıdır. Yəni, Abşeron yarımadasından şəhərə sərnişin axınını artıracaq. Həmçinin, yüngül relsli nəqliyyat sistemləri və tramvayların tətbiqi nəzərdə tutulur. Mobilliyin artırılması üçün piyada infrastrukturu və mikromobillik vasitələrinin inkişafı da vacibdir. Gələcək planlara dair, 2025–2030-cu illər ərzində Bakı metrosunun inkişafı üçün 51 yeni stansiyanın tikintisi və əlavə 84.3 km metro xəttinin çəkilməsi planlaşdırılır. Bu layihələr şəhərin davamlı mobillik strategiyasına töhfə verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri