Icma.az
close
up
RU
Ekspert: Restoranların binaların altında yerləşməsi əlavə risk yaradır

Ekspert: Restoranların binaların altında yerləşməsi əlavə risk yaradır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Orxan Musayevdən: Tüstü yanğın zamanı əsas ölüm səbəbidir

Təhlükəsizlik hamımızın birgə formalaşdırdığı mədəniyyətdir

Müasir şəhər həyatında çoxmərtəbəli binalarda təhlükəsizliyin təmin edilməsi insanların rahat və etibarlı mühitdə yaşaması üçün əsas şərtlərdən biridir. Bu anlayış yalnız texniki avadanlıqların quraşdırılması ilə məhdudlaşmır. Təhlükəsizlik həm də davranış mədəniyyəti, düzgün istismar qaydaları və davamlı nəzarət kimi amillərin birgə nəticəsi olaraq formalaşır. Yaşayış binalarında tətbiq olunan standartlar və profilaktik tədbirlər mümkün risklərin qarşısının alınmasına, fövqəladə hallar zamanı isə insanların həyatının qorunmasına xidmət edir. Ona görə də təhlükəsizlik sahəsində məsuliyyət həm idarəedici qurumların, həm obyekt sahiblərinin, həm də sakinlərin üzərinə düşür.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev Sherg.az-a açıqlamasında binalarda təhlükəsizlik tədbirlərinin çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biri hesab olunduğunu vurğulayıb:

"Təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil. O, insanların düzgün davranışından, texniki sistemlərin etibarlı işləməsindən və ümumi nəzarətdən formalaşan kompleks bir prosesdir. Binanın mühəndis kommunikasiya xətləri, elektrik sistemi, qaz xətləri və havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır. Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalı, hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyyəsini təmin edən təxliyyə planları olmalıdır. Yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlər vaxtında görülməlidir. Yanğın baş verdikdən sonra insanların həyat və sağlamlığına zərər dəyməməsi üçün nəzərdə tutulan kompleks tədbirlərə ciddi şəkildə əməl olunmalıdır. Yanğın zamanı ilk növbədə panikadan uzaq durmaq vacibdir. Tüstü adətən hündürlükdə toplanır, buna görə də tüstü olan zonalarda yerə yaxın, mümkün olduqda sürünərək və ya oturaraq hərəkət etmək zəhərlənmə riskini minimuma endirir. Mümkün qədər tez təhlükəsiz zonaya çıxmaq lazımdır. Əgər çıxış yolları bağlıdırsa və təxliyə mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün içəri daxil olmasının qarşısını almalı və balkona çıxaraq müvafiq dövlət qurumlarından kömək gözləməlidirlər. Tüstü yanğın zamanı ölüm hallarının əsas səbəblərindən biri sayılır. Buna görə də yanğın baş verdikdə tüstüdən qorunmaq ən prioritet məsələlərdən biridir". 

Ekspert binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsinin əlavə risk yaratdığını söyləyib: 

"Burada istilik mənbələri çox olur. Lakin mövcud qaydalara əsasən, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi qadağandır. Bu sahələrdə qazla işləyən cihazların istifadəsi də təhlükəli olduğundan icazə verilmir. Yalnız elektrik qızdırıcılarından istifadə mümkündür. Bununla belə, belə obyektlərin üstündə yaşayış mənzillərinin yerləşməsi yanğın təhlükəsinin təkcə biznes sahəsinə deyil, həm də insanların həyat və sağlamlığına təsir edə biləcəyini göstərir. Yaşayış binalarının qeyri-yaşayış sahələrində istənilən obyektin yaradılması zamanı normativ tələblərə ciddi riayət olunmalıdır. Yanğın törədə biləcək bütün amillər nəzərdən keçirilməli və aradan qaldırılmalıdır. Yanğın siqnalizasiya sistemləri və ilkin yanğınsöndürmə vasitələri təmin edilməli, restoranla yaşayış sahəsi arasında müvafiq izolyasiya qurulmalı, tüstü və qoxunun mənzillərə keçməsinin qarşısı alınmalıdır".

Müsahibimiz təhlükəsizliyin yalnız texniki tədbirlərdən ibarət olmadığını söyləyib:

"Burada obyekt sahibinin məsuliyyəti, sakinlərin diqqəti və ümumi maarifləndirmə mühüm rol oynayır. Hər birimiz xırda detallara önəm verməliyik. Qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarından düzgün istifadə etmək bu cür faciələrin qarşısını almağın ən vacib yollarından biridir. Təhlükəsizlik hamımızın birgə formalaşdırdığı bir mədəniyyətdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri