Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Ekspert: İnstitutların birləşdirilməsi isə əlavə üstünlüklər yaradır

Ekspert: İnstitutların birləşdirilməsi isə əlavə üstünlüklər yaradır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi institutlar birləşdirilərək publik hüquqi şəxslər kimi yenidən təşkil olunacaq. Bu dəyişikliklər 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək.

Bu sərəncamla aşağıdakı yeni elmi müəssisələr yaradılacaq:

Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutunun bazasında;

Coğrafiya İnstitutu – Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi ilə;

Fizika İnstitutu – Fizika İnstitutu və Radiasiya Problemləri İnstitutunun əsasında;

Kimya İnstitutu – Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun birləşdirilməsi ilə;

Riyaziyyat İnstitutu – İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında;

Botanika İnstitutu – Botanika və Dendrologiya institutlarının birləşdirilməsi ilə;

Canlı Sistemlərin Tədqiqi İnstitutu – Zoologiya və Fiziologiya institutlarının birləşdirilməsi ilə;

Molekulyar Biologiya İnstitutu – Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya və Biofizika institutlarının əsasında;

Eyni zamanda, müasir infrastruktur və beynəlxalq standartlara uyğun 2 yeni elmi müəssisə də yaradılacaq.

Bundan başqa, Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə veriləcək.

Gəncədə yerləşən 4 elmi müəssisə – Ekologiya və Təbii Ehtiyatlar, Bioresurslar, Aqrar Problemlər institutları və Nəbatat Bağı Gəncə Dövlət Universitetinin tabeliyinə keçəcək.

Naxçıvanda yerləşən Təbii Ehtiyatlar, Bioresurslar institutları və Batabat Astrofizika Rəsədxanası Naxçıvan Dövlət Universitetinin tabeliyinə veriləcək.

"Nafta", "Aşqar" və "Kompozit" elmi-istehsalat birlikləri isə ləğv ediləcək.

Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi ilə yanaşı, Nazirlər Kabineti və Maliyyə Nazirliyi də bu dəyişikliklərin icrası ilə bağlı müvafiq tədbirləri görməli və yeni qurumların maliyyə təminatını gələcək dövlət büdcələrində nəzərə almalıdır.



Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutlarının birləşdirilərək publik hüquqi şəxslər formasında yenidən təşkili son illər Azərbaycan elmi sistemində həyata keçirilən ən əhəmiyyətli struktur islahatlardan biridir:


“Bu qərar yalnız təşkilati texniki dəyişiklik deyil, eyni zamanda elmi idarəetmənin optimallaşdırılması, tədqiqat fəaliyyətinin nəticəyönümlü formalaşdırılması və dövlətin elmə yanaşmasının modernləşdirilməsi baxımından strateji mahiyyət daşıyır. Hazırda ölkədə elmi müəssisələrin əksəriyyəti ya keçmiş sovet idarəetmə strukturunu qoruyub saxlayır, ya da fəaliyyəti formal xarakter daşıyır. Paralel tədqiqat istiqamətlərinə malik çoxsaylı institutlar bəzən bir-birindən xəbərsiz, koordinasiyasız və qeyri-səmərəli şəkildə fəaliyyət göstərirlər. Bu vəziyyət ölkənin elmi potensialından tam istifadə edilməsinə mane olur. Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda yer alan bəzi institutlar, xüsusilə də tətbiqi xarakterli olmayan, əsasən fundamental tədqiqatlara fokuslanan qurumlar, iqtisadiyyat və sosial həyat üçün real nəticə yarada bilmir. 2023-cü ilin sonunda aparılmış təhlillərə əsasən, 30-dan çox elmi müəssisənin yalnız 12-si il ərzində qrant və ya sifarişli layihələr üzrə real nəticə təqdim edib. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində göstərilir ki, elmin əsas məqsədi innovasiyaya, iqtisadi inkişaf və sosial tərəqqiyə xidmət edən tədqiqatların aparılmasıdır. Lakin mövcud institutlar bu məqsədi yerinə yetirməkdə çətinlik çəkir, çünki inzibati və maliyyə idarəetməsi sərt bürokratik çərçivəyə salınıb, əməkdaşların təşəbbüskarlığı və yaradıcı potensialı isə çox vaxt dəyərləndirilmir. Publik hüquqi şəxs (PHŞ) modelinə keçid bu məhdudiyyətlərin aradan qaldırılmasına yönəlib. PHŞ formatı elmi müəssisəyə həm dövlət vəsaiti ilə maliyyələşmək, həm də sahibkarlıq fəaliyyəti ilə öz büdcəsini formalaşdırmaq imkanı yaradır. Bu model hüquqi və maliyyə muxtariyyətini genişləndirir, idarəetmədə çeviklik və nəticəyönümlülük təmin edir. Həmçinin PHŞ kimi fəaliyyət göstərən institutlar öz əməkdaşlarını bazar şərtlərinə uyğun stimullaşdıra, beynəlxalq qrantlara birbaşa müraciət edə, yerli və xarici tərəfdaşlarla müqavilələr imzalaya bilirlər. Bu isə elm sahəsində rəqabət mühitini artırır, passivlik və inzibatçılıqdan uzaq, aktiv tədqiqat mühiti formalaşdırır”.


Ekspertin sözlərinə görə institutların birləşdirilməsi əlavə üstünlüklər yaradır:

“Əvvəla, eyni və ya yaxın sahələr üzrə fəaliyyət göstərən qurumların vahid strukturda cəmlənməsi tədqiqat mövzularının koordinasiyasını təmin edir, təkrarçılıq və resurs israfının qarşısını alır. Bu, eyni zamanda maddi-texniki bazanın birləşdirilməsinə və laboratoriyaların daha səmərəli istifadəsinə imkan verir. İnsan resurslarının rasional bölgüsü sayəsində elmi kollektivlərin ixtisaslaşması dərinləşir, multidissiplinar tədqiqat qruplarının yaranmasına zəmin formalaşır. Dünya təcrübəsində də bu cür institutlaşma və strukturun optimallaşdırılması geniş tətbiq olunur. Məsələn, Almaniyada Fraunhofer Cəmiyyəti müxtəlif tətbiqi elmi istiqamətlər üzrə institutların birləşməsi ilə yaradılıb və bu model sonradan Avstriya, İsveçrə, Cənubi Koreya və Yaponiyada da tətbiq olunub. Fraunhofer institutları dövlət sifarişlərindən əlavə, sənaye ilə əməkdaşlıq və kommersiyalaşdırılmış tədqiqatlar vasitəsilə fəaliyyətlərini maliyyələşdirir. Eyni zamanda, Cənubi Koreyada fəaliyyət göstərən KIST (Korea Institute of Science and Technology) kimi qurumlar dövlət-özəl əməkdaşlığını gücləndirməklə elmi nəticələrin texnologiyaya və məhsula çevrilməsini təmin edirlər. Azərbaycan üçün bu cür birləşmə və PHŞ formasına keçid – yalnız idarəetmə islahatı deyil, həm də elmi sistemin rəqabətqabiliyyətliliyinin artırılması üçün əsas alət ola bilər. Əgər bu proses şəffaf, mərhələli və elmi ictimaiyyətin iştirakı ilə aparılarsa, nəticədə:

– elmi nəticələr real sektora tətbiq edilə biləcək,

– dövlət büdcəsindən ayrılan vəsaitin qarşılığı ölçülə biləcək,

– ali məktəblərlə institutlar arasında əlaqələr güclənəcək,

– doktorantların və magistrlərin tədqiqat imkanları genişlənəcək,

– beynəlxalq qrantlar və layihələr üzrə iştirak səviyyəsi yüksələcək.

Lakin bu prosesin uğurlu olması üçün bəzi risklərin də nəzərə alınması vacibdir. Əgər institutların birləşdirilməsi sadəcə struktur islahatından ibarət qalarsa və elmi kadrların inkişafı, maddi-texniki bazanın gücləndirilməsi, motivasiya sisteminin yaradılması kimi məsələlər arxa planda qalarsa, bu islahat nəticə verməyə bilər. Eyni zamanda, publik hüquqi şəxs statusunun yalnız hüquqi qeydiyyatla məhdudlaşmaması, real fəaliyyət müstəvisinə keçməsi üçün effektiv nəzarət və qiymətləndirmə mexanizmləri yaradılmalıdır. Nəticə olaraq, elmi institutların birləşdirilərək PHŞ formasında yenidən təşkili, Azərbaycanda elmin çevik, rəqabətqabiliyyətli və nəticəyə yönəlmiş bir sistemə çevrilməsi üçün mühüm fürsətdir. Bu fürsət düzgün idarə olunarsa, təhsilin elmlə inteqrasiyasına, ölkənin intellektual və texnoloji inkişafına real töhfə verə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri