Icma.az
close
up
RU
Çatdırılma xidmətləri şəhər nəqliyyatında əlavə sıxlıq yaradır Ekspert

Çatdırılma xidmətləri şəhər nəqliyyatında əlavə sıxlıq yaradır Ekspert

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Günümüzdə şəhərin mərkəzində nəqliyyat sıxlığı pik həddə çatıb. İnsanlar bəzən 1 saat və ya daha çox vaxtını tıxacda itirirlər. Avtomobillərin çoxluğu ilə yanaşı, çatdırılma xidmətləri və kuryerlərin də bu sıxlığı artırdığı, nəqliyyatda əlavə problemlərə, hətta qəzalara səbəb olduğu qeyd olunur.
Çatdırılma və kuryer xidmətləri hansı problemlər yaradır və onları necə həll etmək olar?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, onlayn ticarət və sürətli çatdırılma ilə əlaqədar şəhər nəqliyyatında çox ciddi problemlər yaranıb: “Çünki bu xidmətlərdə əsasən moped, skuter, velosiped və motosikletlərdən istifadə olunur. Eyni zamanda taksilər də bu işə cəlb edilir. Daha doğrusu, əvvəllər yalnız nəqliyyat vasitəsi kimi istifadə edilən, lakin artıq taksi fəaliyyəti üçün uyğun gəlməyən avtomobillərin çoxu indi onlayn çatdırılma xidməti kimi fəaliyyət göstərir. Beləliklə, eyni vaxtda çoxsaylı çatdırılma xidmətlərinin mövcudluğu nəqliyyatda əlavə problemlər yaradır”.
Ekspert qeyd edir ki, həmin nəqliyyat vasitələrinə xüsusən pandemiya dövründə daha çox tələbat yaranmışdı  və nəticədə bu gün çox sayda insan bu xidmətdən istifadə edir: “Amma hər bir şeyin qaydası olmalıdır. Mən təklif edərdim ki, çatdırılma xidmətləri ilə bağlı məsələ mütləq yeni bir formata keçirilsin. Burada yanaşma elə olmalıdır ki, hər bir şirkət öz məsuliyyətini dərk etsin və bilsin ki, günün istənilən vaxtında, istənilən formada hərəkət etmək olmaz. Qanun çərçivəsində çatdırılma xidməti üçün xüsusi vaxt qrafiki müəyyən edilməlidir ki, kuryerlər həmin qrafik üzrə hərəkət etsinlər. Məsələn, hər hansı bir şirkət gündəlik tələbatda zəruri olmayan məhsulu günün pik vaxtında şəhərin mərkəzinə göndərirsə, bu, sıxlığı daha da artırır. Ona görə də həmin şirkətlər düzgün iş qrafiki hazırlamalı, zəruri olmayan məhsulların çatdırılması isə günün pik olmayan saatlarında həyata keçirilməlidir”. “Həmçinin kuryerlər bu qaydalara riayət etməli və özlərinə uyğun qrafik yaratmalıdır. Bu gün səkilərin belə kuryer avtomobilləri tərəfindən zəbt edilməsi ciddi narahatlıq doğurur. Buna görə də normativ həll yolları tapılmalıdır. Kuryerlər say məhdudiyyəti və ya müəyyən edilmiş qaydalar çərçivəsində işləməlidirlər. Belə olduğu halda şəhərdə tıxac və sıxlığı azaltmaq mümkündür” - deyə E.Muradlı qeyd edir.(valyuta.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri