Icma.az
close
up
RU
Ekspert: Sahibsiz itlər problemi maarifləndirmə ilə həll olunmalıdır

Ekspert: Sahibsiz itlər problemi maarifləndirmə ilə həll olunmalıdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Leyla Əlizadə: “Ac qalan itlər aqressivləşir, onları yemləmək lazımdır”

Gəncədə sahibsiz itlərə görə küçələrdə hər gün sakinlərin həm bir-biriləri ilə, həm də Mənzil-Kommunal Təsərrüfatı əməkdaşları ilə aralarında mübahisə, münaqişə yaranır. Bəziləri sahibsiz itlərin toplanmasının tərəfdarıdır, heyvansevərlər isə buna qarşı çıxır.

Sherg.az xəbər verir ki, bu barədə Gencexeber.az məlumat paylaşıb. Sosial şəbəkədə də paylaşılan videoda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nümayəndələrinin iştirakı ilə IDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən sahibsiz heyvanların toplanmasına başlanıldığı, lakin heyvansevərlərin buna qarşı çıxdığı əks olunub. Bildirlir ki, şəhərdə sahibsiz itlərin sayının nəzarətsiz artması, eləcə də son dövrlərdə it dişləməsi hallarının kəskin çoxalması ilə əlaqədar aparılan işlərə xüsusi avtomobillər və işçi qüvvəsi cəlb olunub. Lakin şəhərin müxtəlif ərazilərində dördayaqlıların toplanması zamanı heyvansevərlərlə bu addımı dəstəkləyən sakinlər arasında gərginlik yaranır. Mübahisələr əsasən yüksək ton və emosional çıxışlarla müşayiət olunur. Heyvansevərlər itlərin toplanmasına qarşı çıxaraq onların yenidən küçələrə qaytarılmasını tələb edirlər. MKTİB nümayəndələri bildirirlər ki, sahibsiz itlər Bakıya aparılacaq, qısırlaşdırıldıqdan sonra yenidən Gəncəyə qaytarılacaq. Ancaq bu izahat heyvansevərlər tərəfindən inamsızlıq və narazılıqla qarşılanır. Digər tərəfdən, bəzi şəhər sakinləri də mübahisələrə qoşularaq yaşadıqları ərazilərdə nəzarətin gücləndirilməsini, habelə sahibsiz itlərin ümumiyyətlə küçələrdən yığışdırılmasını tələb edirlər. Bu isə onsuz da gərgin olan vəziyyəti daha da alovlandırır. Mübahisələrin bəzən yoldan keçən uşaqların gözü qarşısında baş verməsi isə mənzərəni daha da narahatedici edir. Qeyd edilir ki, problemin həlli məqsədilə 2023-cü ildə Gəncədə yaradılmış "Yuva" heyvan sığınacağında sahibsiz itlərin peyvənd olunması və saxlanılması nəzərdə tutulurdu. Lakin ötən ilin yanvar ayında maddi çatışmazlıqlar səbəbindən sığınacağın fəaliyyəti dayandırılıb. Rəsmi məlumatlara görə, Gəncədə son iki ay ərzində 380 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb. 

Evsiz Heyvanlarn Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, vətəndaşlarla maarifləndirmə işi aparılmalıdır: 

- Sahibsiz heyvanlar, küçə itləri məsələsi çox aktuallaşıb. İnsanların narahatlığı başadüşüləndir. Küçədə kiməsə it hücum edibsə, o adam itlərin toplanmasını istəyəcək, buna tərəfdar olacaq. Bir qrup insan da var ki, sahibsiz heyvanlara qarşı aqressiyaya qarşıdır. Düşünürəm ki, küçə itləri, sahibsiz heyvanlarla bağlı cəmiyyətdə düzgün maarifləndirmə işi, məlumatlandırma aparılmalıdır. Küçə itləri insanlara zərər verməsin deyə, yemlənməlidirlər. Bunu dəfərlərlə demişik ki,itlər ac olduqda aqressivləşir. Xüsusi təşkilatlar olmalıdır, mənzil-kommunal-təsərrüfatı idarələri də bu işi görə bilər. Küçələrdə heyvanlar üçün sığınacaqlar, yem, su qabları qoyulmalıdır və onlar yemlənməlidir. Bu, elə də böyük vəsait tələb edən iş deyil. Amma bu işi görən yoxdur. Küçə itləri peyvənd olunmalı, xəstəlik yayma ehtimalı aradan qaldırılmalıdır və qısırlaşdırılmalıdır. Mənzil-kommunal təsərrüfatı əməkdaşı deyir, itlər Bakıya aparılacaq, qısırlaşdırılıb sonra Gəncəyə qaytarılacaq. Gəncə kimi böyük şəhərdə bu işi görmək üçün veterinar klinikalar yoxdur? Buna kim inanar ki, itəri aparacaqlar, sonra geri qaytaracaqlar?!. Yenə d deyirəm ki insanlarla doğru-düzgün danışa bilən, ünsiyyət qura bilən adamlar lazımdır ki başa salsınlar, ətraflı məlumat versinlər. Kimsə demir, küçə itləri çoxalsın, insanlara hücum etsin, quduzluq xəstəliyinə tutulsun uşaqlar, böyüklər. Amma bu işi düzgün icra etmək lazımdır. Heyvanlara zərər vermədən. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Mart 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri