Bakıda sahibsiz it problemi həll olunur
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nəzərə alsaq ki, Bakıda sahibsiz itlərin artması şəhər sakinləri arasında ciddi narahatlıq doğurub. Vətəndaşlar küçələrdə nəzarətsiz dolaşan itlərin təhlükə yaratdığını bildirir, müvafiq qurumların isə bu məsələyə biganə yanaşdığını deyirlər.
Bu baxımdan yeni mərkəzin bu məsələlərə nəzarəti maraqlıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Metin Hüseynov Metbuat.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bu publik hüqüqi şəxsin yaranmasının əsas məqsədi sahibsiz heyvanlara xidmət göstərmək və bu sahədə olan nöqsanları aradan qaldırmaqdır.
Qeyd olunub ki, hazırda hazırlıq işləri aparılır.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 01 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















