Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
84 bal topladı, amma arzuladığı universitetə qəbul ola bilmədi. Oğlunun gələcəyi üçün çarə axtaran ata isə 1500 manatından oldu.
Bizim.Media xəbər verir ki, Şəkinin Bolludərə kənd sakini Toğrul Allahverdiyev V qrup üzrə imtahan verərək İdman Akademiyasına qəbul olmaq istəyib.
Keçid balı 72 olsa da, 84 bal toplayan abituriyent qabiliyyət imtahanından keçə bilməyib. Sosial şəbəkələrdə özünü təhsil eksperti kimi təqdim edən şəxs abituriyentin topladığı balla akademiyaya qəbulunu təmin edəcəyini vəd edərək bunun müqabilində 1500 manat tələb edib.
Valideynlər bildirir ki, pul köçürüləndən sonra nəticə olmayıb. Həmin şəxs sadəcə vədlər verib.
Vəziyyəti öyrənmək üçün biz də sözü gedən təhsil eksperti ilə əlaqə yaratmağa çalışdıq. Lakin, telefonlara cavab vermədi.
Əldə etdiyimiz məlumata görə, vətəndaşın pul vəsaitinin ələ keçirilməsi ilə bağlı Bakıda ərazi polis şöbəsinə müraciəti daxil olub. Hazırda müraciət əsasında araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Oktyabr 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















