Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? ŞİKAYƏT

Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? ŞİKAYƏT

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaricdə təhsil xidmətləri göstərən "AID Group" şirkəti və onun rəhbərləri Nigar və Fərhad barəsində vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artır. Növbəti  şikayət şirkət tərəfindən həm aldadıldığını, həm də ağır maddi-mənəvi ziyana uğradıldığını bildirən vətəndaş Elvin Bayramzadə tərəfindən gəlib.

Modern.az-a müraciət edən şikayətçi bankdan kredit götürərək şirkətə ödədiyi 3200 AZN vəsaiti aylardır geri ala bilmədiyini deyir. Üstəlik, artan şikayətlər və mənfi imic fonunda bu gün "AID Group"un mətbuat xidmətinin rəhbəri, jurnalist Peyman Sadıqovun da işdən ayrılıb.

Vətəndaş Elvin Bayramzadə üzləşdiyi hadisənin xronologiyasını belə nəql edir:

"2024-cü ildə xaricdə təhsil xidməti üçün sözügedən şirkətə müraciət etdim. İlk olaraq Almaniya proqramı üçün razılaşdıq və tərəfimdən şirkətə 1500 AZN ödəniş edildi. Bir müddət sonra şirkət bu proqramın alınmadığını bəhanə gətirərək məni Amerika proqramına yönləndirdi və məndən əlavə 1700 AZN aldılar. Beləliklə, şirkətə ümumilikdə 3200 AZN ödəniş etdim.

Şirkət nümayəndələri səfirlik prosesində heç bir problemin olmayacağına dair mənə qəti zəmanət versələr də, səfirlikdən rədd cavabı aldım. Bundan sonra isə şirkət müqavilədə nəzərdə tutulmayan əlavə 300 AZN ödəniş tələb etməyə başladı".

Şikayətçinin sözlərinə görə, viza imtinası aldığı ərəfədə ailəsində daha bir ağır fors-major vəziyyət yaranıb. Azyaşlı qızının Tuberoskleroz, Autizm və Epilepsiya kimi ağır xəstəliklərdən əziyyət çəkdiyini öyrənən ata dərhal şirkət rəhbərliyinə müraciət edərək pulunu geri tələb edib:

"Mən hazırda kirayədə yaşayıram. Şirkətə ödədiyim bu 3200 AZN vəsaiti bankdan kredit vasitəsilə götürmüşəm və hər ay banka kredit faizi ödəyərək ciddi maddi itkiyə məruz qalıram. Bir tərəfdən kirayə və kredit öhdəlikləri, digər tərəfdən isə xəstə övladımın həyati vacib müalicə və dərman xərcləri ailəmi çox çətin duruma salıb.

Şirkət rəhbərliyi və şəxsən direktor Nigar xanım mənim bu ağır durumumdan və bu vəsaitin övladımın müalicəsi üçün nə dərəcədə kritik olmasından tam xəbərdardır. Buna baxmayaraq, 2025-ci ilin dekabr ayından bəri müxtəlif bəhanələrlə məni yola verir, ödənişimi geri qaytarmırlar. Direktor Nigar xanım görüşlərdən yayınır, rəhbərliklə görüş tələblərim nəticəsiz qalır".

Sosial vəziyyətinin kritik olduğunu vurğulayan Elvin Bayramzadə aidiyyəti dövlət qurumlarından kömək istəyib:

"Sosial vəziyyətimi, hər ay ödədiyim bank kreditini və ən əsası azyaşlı övladımın səhhətini nəzərə alaraq, media qurumlarından bu məsələni ictimailəşdirmələrini, aidiyyəti dövlət orqanlarından isə "AİD Group" şirkəti tərəfindən mənimsənilmiş 3200 AZN vəsaitimin dərhal geri qaytarılmasının təmin edilməsini xahiş edirəm".

Qeyd edək ki, bu, sözügedən şirkətlə bağlı ilk belə şikayət deyil. "AID Group"un adı əvvəllər də zaman-zaman vətəndaşların pullarının mənimsənilməsi və dələduzluq iddialarında hallanıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri