Icma.az
close
up
RU
“Union Logistics” şirkəti sahibkarların yarım milyon manatını mənimsəyib?

“Union Logistics” şirkəti sahibkarların yarım milyon manatını mənimsəyib?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bakının Nəsimi rayonunda yerləşən “Union Logistics” MMC şirkəti mütəşəkkil dəstə halında 18 sahibkara ümumilikdə 300 min dollar ziyan vurub”. 

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup sahibkar müraciət edib. 

Belə ki, “Softech-A” şirkətinin direktoru Cavid Nəbiyev, “Ulanzi Azerbaijan” MMC-nin təsisçisi Kənan Əsgərov, “Qlobal KS” MMC-nin rəhbəri Ceyhun Süleymanov, “3ADDIMPRINT” MMC-nin direktoru Ceyhun Sahilov, “Wonlex Azerbaijan” təsisçisi Rəna Mənsurova, “İNFİNİTY SOLUTİONS” MMC rəhbəri Elşad Mustafayev, “LumeGrand” MMC rəhbəri Tural Əhmədov, “OTSTEC” MMC təsisçisi Rauf Qədirov və fərdi sahibkarlar İlham Hacıbalayev,Ələddin Mehdiyev, Rauf İsmayılov ötən ilin avqust ayında adıçəkilən şirkətlə müqavilə bağlayaraq, Çindən sifariş olunan malların Azərbaycana çatdırılması ilə bağlı razılığa gəliblər. Amma mallar hələ də sahibkarlara çatdırılmayıb. 

Onlar bildirib ki, adıçəkilən şirkətin direktoru Rövşən Mehdiyevin yerli və xarici logistika şirkətlərinə külli miqdarda borcu olduğu üçün, son 5 ay ərzində ən bahalı malları və sahibkarlara məxsus yükləri qeyri-rəsmi yollarla satıblar: “Onlar mütəşəkkil dəstə halında işləyirlər. Çin Xalq Respublikasında sahibkarların yüklərini anbarlara qəbul edən şəxs də şirkətin direktorunun xalası oğludur. Gömrük orqanlarında sənəd rəsmiləşdirməsi işləri ilə məğul olan isə bir başqa adamdır. Ehtimal olunur ki, yük Azərbaycan sərhədini keçsə də, gömrük orqanlarında öz adlarına sənəd saxtalaşdırılması edib, Azərbaycan ərazisində yükləri satıblar”.

Sahibkarların dediyini görə, şirkət  onlara məxsus yüklərin Çinin Kaşqar ( Qırğızıstan ilə sərhəd), Qazaxıstanın Horqos dövlət anbarlarında olduğunu deyiblər: “Lakin bununla bağlı heç bir sənəd foto və ya video təqdim edilmədi. Dəfələrlə şirkətin direktoru ilə görüşmək istəsək də, işçilər müxtəlif bəhanələrlə bizi uzaqlaşdırıb.

Belə olduğu halda hər iki səfirliyin Çin Xalq Respublikasının və Qırğızıstan Respublikasının səlahiyyətli şəxslərindən məsələnin həqiqiliyini öyrənmək məqsədilə, bizlərə köməklik göstərmələrini ümid edirik. Avqust ayından bəri yüklərdən heç bir xəbər ala bilməmişik. Digər sahibkarlara da ziyan dəyməməsi üçün, daşınacaq yüklərini indi və gələcəkdə bu şirkətin Çindəki anbarlarına göndərməmələrini tövsiyə edirik”.

Sahibkarların 30 min dollar mənimsəmə iddiaları ilə bağlı “Union Logistics”lə əlaqə saxladıq. Şirkətin satış şöbəsinin rəhbəri Anar Qafarlı saytımıza cavab olaraq bildirdi ki, yüklər ay sonuna kimi təhvil veriləcək: “Sahibkarlara yüklərin harada olması ilə bağlı məlumat vermişik. Lakin onlar şəkil, video tələb edirlər. Ancaq xarici dövlət anbarında olan yüklərin şəklini çəkmək qadağandır. Bizim belə bir icazəmiz yoxdur. Bu ayın sonuna qədər yüklər təhvil veriləcək. Onların iddia etdiyi rəqəmlərdən bizim xəbərimiz yoxdur, bu, gömrüyü maraqlandıran mövzudur. Biz yükdaşıma şirkətiyik. Yüklərin daşınmasında sıxıntı var idi. Amma düzəlib. Bundan öncə də bizdə belə bir problem olmayıb. Yüklər həmişə 1 aya çatdırılır. Oradakı sahibkarlar əvvəl də bizimlə işləyib. Hər şey qaydasındadır, şəffaf şəkildə işləyirik. Borc məsələsinə qaldıqda isə, bu iddialar əsassızdır. Nəticə olaraq deyim ki, ay sonuna kimi, bütün yüklər təhvil veriləcək”.

Sahibkarlar həmçinin, bildirib ki, məsələ ilə bağlı digər zərərçəkmişlər də varsa, əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, sözügedən problem ötən gün “Xəzər Tv”də yayımlanıb. 

Bununla bağlı videomaterialı təqdim edirik: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri