Icma.az
close
up
RU
Ekspert: “Şimal Cənub” dəhlizi qitələrarası daşımalarda təhlükəsizlik və sürət zəmanətidir

Ekspert: “Şimal Cənub” dəhlizi qitələrarası daşımalarda təhlükəsizlik və sürət zəmanətidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 26 fevral, AZƏRTAC

İran iqtisadiyyatının çətin olmasına baxmayaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Rəşt-Astara dəmir yolunun tikintisini davam etdirəcək. Bu, İran üçün olduqca əhəmiyyətli bir yoldur. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətləri üçün də mühüm xarakter daşıyır. Təsadüfi deyil ki, çətinliklərə baxmayaraq, bu günlərdə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi Azərbaycanda səfərdə olaraq Rəşt-Astara yolunun tikintisi məsələsini Azərbaycan rəsmiləri ilə müzakirə edib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranda fəaliyyət göstərən İntellektual İdarəetmə Mərkəzinin rəhbəri, beynəlxalq iqtisadiyyat üzrə ekspert Seyid Taha Hüseyn Madani deyib. Onun fikrincə, qitələr arasındakı nəqliyyat əlaqələrinin qurulmasında İranın Çabahar limanının əvəzolunmaz rolu ondan ibarətdir ki, bu liman vasitəsilə Asiyadan Avropaya və əks istiqamətə yüklərin daşınması daha tez və daha ucuz başa gəlir. İrandan Azərbaycan və Rusiyaya daşınan yüklər asanlıqla Avropaya çatdırılır. Limandan dünya iqtisadiyyatına daha çox töhfə verən Hindistan, Çin, Yaponiya və Cənub-Şərqi Asiyanın 15-dən çox dövləti istifadə etmək qərarına gəlib ki, bu da təsadüfi xarakter daşımır. Yük daşımalarının tez və ucuz başa gəlməsi ilə yanaşı, təhlükəsizlik də vacib amildir. Hindistanın Mumbai limanından yüklərin Çabahara, oradan isə Azərbaycan və Rusiya ərazisindən Avropaya daşınması daha təhlükəsizdir. Bunun üçün isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun istismara buraxılması vacibdir. Bu yolun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istifadəyə verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir.

“Nəzərə çatdırmaq lazımdır ki, bu yoldan yalnız Rusiya deyil, keçmiş SSRİ-nin bütün respublikaları istifadə edə bilər. Latviya, Litva, Estoniya, Belarus, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Türkiyə Asiya qitəsi ilə bu dəhliz vasitəsilə iqtisadi əlaqələr qurmaq imkanındadırlar”, - deyə ekspert vurğulayıb. O əlavə edib ki, “Yaponiyanın “Asian Review” analitik mərkəzinin hesabatında İran ərazisindəki Rəşt-Astara dəmir yolunun tikilib istifadəyə verildikdən sonra Hindistanın Mumbai limanından başlayaraq Finlandiyanın limanlarında başa çatan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dünyanın ən gəlirli nəqliyyat dəhlizi olacağı deyilir.

Ekspert hesab edir ki, İran və Azərbaycan isə geniş infrastruktur yaradaraq tranzit ölkələr kimi çıxış edərək həm iqtisadi dividendlər, həm də siyasi dəstək qazanacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri