Icma.az
close
up
RU
Şimal Cənub dəhlizi risk altındadırmı? Ekspert Açıqladı

Şimal Cənub dəhlizi risk altındadırmı? Ekspert Açıqladı

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın Şərqdə İran və İsrail arasında davam edən münaqişənin kəskinləşməsi qlobal narahatlığa səbəb olmaqla yanaşı, iqtisadi riskləri də artırır. Ekspertlər hesab edirlər ki, bu gərginlik Azərbaycanın da iqtisadi maraqlarına təsirsiz ötüşməyə bilər.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, yaranan vəziyyətə minimum iqtisadi və geosiyasi zərərlə çıxmaq Azərbaycan üçün əsas prioritetlərdən biridir:

“Şimal-Cənub Nəqliyyat Dəhlizi bizim üçün sadəcə tranzit marşrutu deyil, həm də iqtisadi manevr vasitəsidir. Bu dəhliz vasitəsilə əldə edilən gəlirlərin qorunması iqtisadi davamlılıq baxımından vacibdir. Regionda diversifikasiya baş verərsə, bu, investisiyaların dəyərsizləşməsinə səbəb ola bilər”.

Ekspert qeyd edir ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi iqtisadi modeldə təhlil olunduqda ciddi nəticələr ortaya çıxır.

Onun sözlərinə görə, bu dəhlizin Azərbaycanın ümumi daxili məhsulundakı (ÜDM) payı və dövlət büdcəsinə daxilolmalar baxımından rolu əhəmiyyətlidir:

“Dövlət Statistika Komitəsinin rəqəmləri və MLR (Multiple Linear Regression) analizinə əsasən, hər il yük dövriyyəsində təqribən 10%-lik artım müşahidə olunur. Eyni zamanda, ÜDM-də artım təxminən 6,2% civarındadır. Regressiya koeffisiyentlərinə görə, dəhlizlə əlavə daşınan hər yük vahidi ÜDM-də 0,47%-lik artıma səbəb olur”.

G. Hüseynovanın sözlərinə görə, tranzit gəlirlərindəki hər 1 milyard dollarlıq artım ÜDM-də təxminən 2,9%-lik artım yaradır. 2025-ci il üçün proqnozlara görə, daşımaların və tranzit xərclərinin artması ÜDM-də 1,7%-ə qədər artım təmin edə bilər.

Lakin bölgədəki siyasi risklər iqtisadi sabitliyə təsir göstərməkdədir. Bu da öz növbəsində investisiya axınının zəifləməsi və tranzit daşımalarının həcminin azalması ilə nəticələnə bilər:

“Belə bir hal ümumilikdə Azərbaycan iqtisadiyyatının ÜDM-də 0,4-0,5%-lik azalma deməkdir ki, bu da hələlik ciddi təhlükə yaratmır. Tranzit daşımalarından əldə edilən illik gəlir, vergilərlə birlikdə 350 milyon dollardan çoxdur”.

Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun qorunması və iqtisadi maraqlar baxımından risklərə qarşı preventiv tədbirlərin görülməsi vacibdir:

Ekspert sonda vurğulayıb ki, diversifikasiya və qərbə inteqrasiya investisiyaların dəyərsizləşməsinə səbəb ola bilər. Lakin mövcud iqtisadi şəraitdə alternativ vasitələr səmərəli və dayanıqlı görünmür.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri