Icma.az
close
up
RU
Ekspert: Son bir ildə daşınmaz əmlakın qiymətində artım dayanıb

Ekspert: Son bir ildə daşınmaz əmlakın qiymətində artım dayanıb

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daşınmaz əmlak bazarında durğunluq olsa da qiymətlər artıb.

Xəzər TV bildirir ki, qiymətlər paytaxtla müqayisədə Bakı ətrafı ərazilərdə daha çox hiss olunur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mütəmadi olaraq daşınmaz əmlakın qiyməti ildə 10-20 faiz artır. Lakin qiymət artımı əsasən ipoteka kreditlərinin verildiyi dövrə təsadüf edir.

Onun sözlərinə görə, paytaxt ərazisində ipoteka predmentinə çevirlən daşınmaz əmlak növü az olduğundan qiymət artımı daha çox Bakı ətrafı ərazilərdə hiss olunur.

Elnur Fərzəliyev onu da qeyd edib ki, ötən ilin son ayından etibarən daşınmaz əmlak bazarında durğunluq yaranıb. Lakin hazırda qiymətlərdə artım müşühidə olunsa da, gələcəkdə bu səbəbdən də qiymətlərin enməsi qaçılmaz ola bilər.



 Məsələ ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son bir ildə daşınmaz əmlakın qiymətində artım dayanıb:


“Əgər biz 2021, 2022 və 2023-cü ilin dinamikasını izləsək, həmin illər ərzində orta hesabla daşınmaz əmlakın qiyməti hər ilin son nəticəsinə görə 10-15  faiz arasında artdığını müşahidə edərək. Səbəb də o idi ki, həmin illərdə tikinti şirkətləri üçün inşaat normativləri sərtləşdirildi, inşaat materiallarının qiyməti qalxdı və pandemiyadan sonra böyük bir əmlak almaq üçün bazara çıxdı. Tikinti şirkətlərindən, çıxarılan daşınmaz əmlakın sayı məhdud və rəqabət də az olduğuna görə qiymət artımı davam etdi. Yəni artımda ən başlıca səbəbkarlar tikinti şirkətləri oldu. 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayında isə artıq ipotekaların verilməsi dayandırıldığı üçün qiymət artımı dayandı. Yəni düz bir il qabaq qiymət artımı son üç ilin dinamikasına görə dayanıb. Səbəb də o idi ki, artıq banklar ipoteka büdcələrindən istifadə edib, bitirmişdilər və bazarda alıcılıq qabiliyyəti olanlar isə artıq bazara çıxıb öz əmlaklarını almışdılar. Bir çox vətəndaşlar qiymət artımını görüb ipotekalara çoxlu sayda müraciət edirdilər. Yəni 2024-cü  il ərzində qiymət artımı müəyyən seqmentlər üzrə izləndi. Ələxsus elə ərazilərdə qiymət artımı oldu ki, orada tələbat yüksək təklif, az idi. Məsələn coğrafi olaraq inkişaf edən ərazilərə Sea Breeze-ni aid etmək olar. Sea Breeze ərazisində qiymət artımı həqiqətən də yüksək oldu. Səbəb də orada yaradılan infrastrukturla bağlı idi. Digər ərazilərdə ilin nəticələrinə görə 5-10 faiz arasında qiymət artımı müşahidə edildi və bu labüd bir göstəricidir. Başlıca səbəblərdən biri isə tikinti layihələrinin az olmasıdır. Rəqabət az olduğuna görə bu kimi az həcmdə olan tendensiya davam etməkdədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri