Icma.az
close
up
RU
Daşınmaz əmlakın sığortalanması dəyişəcək?

Daşınmaz əmlakın sığortalanması dəyişəcək?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun qəbul edilib və nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov qeyd edib ki, daşınmaz əmlakın məcburi sığortası haqqında qanun layihəsi hazırlanıb. Onun sözlərinə görə, məqsəd fəlakətli risklərin dövlət üçün yaratdığı fiskal yükü azaltmaqdır. Maraqlıdır, daşınmaz əmlakın sığortasında təminat məbləği necə müəyyən olunur?

Sığorta eksperti İlkin Nəcəfov Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası və digər sığorta növləri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Bu qanuna əsasən, yaşayış və qeyri-yaşayış sahələri mütləq qaydada sığortalanmalıdır:

“Qeyri-yaşayış sahələrinin, yəni biznes obyektlərinin icbari sığortalanmasına nəzarəti Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsi həyata keçirir. Bu istiqamətdə bazar əhatəliliyi kifayət qədər genişdir. Lakin əhali seqmentində vəziyyət fərqlidir. Qanun icbari olsa da, avtomobil sığortasında olduğu kimi işlək cərimə mexanizmi və protokol forması mövcud olmadığından, insanlar bu öhdəliyə çox vaxt əməl etmirlər. Hazırda daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarında notariuslar və “ASAN xidmət” vasitəsilə sığorta tələbi icra olunur. Bundan başqa, yalnız sosial məsuliyyət hiss edən vətəndaşlar könüllü şəkildə bu sığortanı edirlər. Əgər bazar tam əhatə olunsa, zəlzələ və digər təbii fəlakətlər kimi fundamental risklərə qarşı daha güclü təminat yaranacaq”.

İ.Nəcəfov qeyd edib ki, qanuna əsasən, əmlakın dəyərindən asılı olmayaraq müəyyən məbləğdə sığorta təminatı verilir:

“Bakıda sığorta haqqı 50 manatdır və təminat 25 000 manat təşkil edir. Sumqayıt, Gəncə və Naxçıvanda bu məbləğ 40 manatdır və təminat 20 000 manatdır. Digər bölgələr üçün isə sığorta haqqı 30 manat, təminat isə 15 000 manatdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri