Icma.az
close
up
RU
Ekspert: Ucuzlaşmanı stimullaşdırmaq sığortaçıların sayın artıra bilər

Ekspert: Ucuzlaşmanı stimullaşdırmaq sığortaçıların sayın artıra bilər

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Kasko sığortaya maraq kəskin artıb. Buna səbəb ölkənin avtomobil parkının yenilənməsidir.

Xezerxeber.az-ın məlumatına görə, kasko sığortaya marağın kəskin artması sığorta haqqını ucuzlaşdıra bilər.

Ekspertlər deyirlər ki, artıq yeni avtomobil sahibi olan sürücülər zərərin qarşılanması üçün kasko sığortaya daha çox üz tuturlar.

Sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığortaya marağın artması onun qiymətinə də təsir edə bilər. Qarşıdakı illərdə avtomobil parkı tam yeniləndikcə kasko sığorta haqlarının da ucuzlaşması gözləniləndir.

Qeyd edək ki, hazırda kasko sığorta haqqı avtomobilin dəyərinin 2.5 - 3.5 faizi nisbətində hesablanır. Lakin kasko sığortaya marağın artması qiymətə təsir etdikdən sonra, bu rəqəmlərin 1- 1.5 faiz düşməsi gözlənilir.


Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, kasko sığorta nəqliyyat vasitələrinin maya dəyərinin həcminə görə hesablanır:


“Hər nəqliyyat vasitəsinin öz sığorta qiyməti var. Yəni 10 minlik maşınla 70 minlik maşının fərqli sığorta xərci var. Kütləvi şəkildə nəqliyyat vasitələrinin sığortalanmasını stimullaşdırmaq üçün kasko sığortada ucuzlaşma ola bilər. Çünki bəzi nəqliyyat vasitələrini idarə edən şəxslər var ki,  onlar kasko sığorta üçün hər il illik ailə büdcəsindən yetərincə maliyyə vəsaiti ödəyə bilmir. Nəzərə almaq lazımdır ki, bir insanın maşınını və daşınmaz əmlakını kasko sığorta etdirmək ciddi qiymətə başa gəlir. Bu mənada ucuzlaşmanı stimullaşdırmaqla sığortaçıların sayının artırılmasına xidmət etmiş ola bilərlər. Dövlət qanunvericiliyi əsasında fəaliyyət göstərən istənilən sığorta şirkəti sığortalanan məbləğ üzərində öhdəlik götürürsə, onu da yerinə yetirməlidir. Əsas odur ki, hər bir sığorta şirkəti sığortaçı qarşısında üzərində götürdüyü maliyyə öhdəliklərini yerinə yetirsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri