Icma.az
close
up
RU
Trampın mövqeyi İranda hərbi ssenarinin ehtimalını artıra bilər Ekspert

Trampın mövqeyi İranda hərbi ssenarinin ehtimalını artıra bilər Ekspert

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyası hələlik İrana qarşı hərbi əməliyyatların lehinə qəti seçim etməyə hazır deyil. Lakin ABŞ prezidenti Donald Trampın şəxsi mövqeyi hərbi ssenarinin reallaşma ehtimalını artıra bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata Şanxay Xarici Dillər Universitetinin Yaxın Şərqin Öyrənilməsi Mərkəzinin eksperti Han Tsyanvey bildirib.

Ekspertin sözlərinə görə, hazırda İran İslam İnqilabından bəri ən ciddi böhran dövrünü yaşayır: ölkə bir tərəfdən iqtisadi vəziyyət və həyat şəraiti ilə bağlı daxili etirazlarla, digər tərəfdən isə ABŞ və İsrail tərəfindən mümkün hərbi müdaxilə təhlükəsi ilə üz-üzədir. “ABŞ-ın təzyiqləri, böyük ehtimalla, İranın hazırda son dərəcə zəif vəziyyətdə olduğu düşüncəsinə əsaslanır. Bu isə İran rejiminin tam şəkildə devrilməsi üçün olduqca əlverişli fürsət kimi qiymətləndirilir”, – deyə Han Tsyanvey vurğulayıb.

Onun fikrincə, ABŞ və İran arasındakı ziddiyyətlər uzun illərdir mövcuddur və barışmaz xarakter daşıyır. Hazırda tərəflər güc tətbiqi təhdidlərini də əhatə edən yüksək gərginlik mərhələsinə yaxınlaşıblar. “Ziddiyyətlər müəyyən səviyyəyə çatdıqda müharibə ehtimalı kifayət qədər yüksək olur. Trampın şəxsi xüsusiyyətləri də ABŞ-ın İrana hücum etmə ehtimalına ciddi təsir göstərir. O, İrana qarşı dərin antipatiya bəsləyir və görünür, İran probleminin tez və birbaşa yolla həllinə meyllidir. Bu isə hərbi gücdən istifadəni qaçılmaz seçimə çevirə bilər. Bununla belə, Tramp administrasiyası hələlik İrana qarşı hərbi əməliyyatlara tam hazır görünmür”, – deyə ekspert qeyd edib.

Han Tsyanveyin sözlərinə görə, Venesuela ilə müqayisədə İrana bir zərbə ilə qalib gəlmək xeyli çətindir. Məhz buna görə də ABŞ hazırda minimal itkilər və az xərclə İrana qarşı sürətli hərəkətlərin necə təmin olunacağını ölçüb-biçir. “ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi də vaxt tələb edir. Buna görə də yaxın vaxtlarda hərbi əməliyyatların başlanması ehtimalı azdır”, – deyə o bildirib.

“Lakin hesab edirəm ki, Trampın prezidentliyi dövründə İrana qarşı hərbi gücdən istifadə ehtimalı kifayət qədər yüksəkdir. Yaxın perspektivdə hücumsuz mühasirə, psixoloji müharibə, informasiya müharibəsi və kiberhücumlar vasitəsilə İran daxilində daha dərin parçalanma və qeyri-müəyyənlik yaratmaq, ölkə daha da zəiflədikdən sonra isə hərbi zərbə endirmək ssenarisi də istisna edilmir”, – deyə ekspert fikrini tamamlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri