Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

“Nazirliklərin mümkün birləşdirilməsi idarəetmədə səmərəliliyi artıra bilər” EKSPERT

“Nazirliklərin mümkün birləşdirilməsi idarəetmədə səmərəliliyi artıra bilər” EKSPERT

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bir sıra nazirliklərin birləşdirilməsi və vahid qurum kimi fəaliyyət göstərməsi ehtimalı gündəmdədir. Belə struktur dəyişikliklərinin məqsədi dövlət idarəçiliyinin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və qərarların daha çevik şəkildə verilməsi ola bilər. Dünyanın müxtəlif ölkələrində bu tip konsolidasiya prosesləri zaman-zaman həyata keçirilir və müəyyən üstünlüklər qazandırır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, nazirliklərin birləşdirilməsi idarəetmədə paralelliyin və təkrarlanan funksiyaların aradan qaldırılmasına imkan verir: "Hazırda ayrı-ayrı nazirliklərin fəaliyyət sahələri kəsişdiyi üçün koordinasiya problemi, bürokratik ləngimələr və resurs itkisi müşahidə oluna bilir. Vahid struktur altında bu sahələr daha sistemli şəkildə işləyə, qərarlar daha sürətli qəbul edilə bilər. Digər üstünlük dövlət büdcəsinə qənaətdir. Bir sıra inzibati aparatların, departamentlərin və idarəetmə xərclərinin azaldılması dövlətin maliyyə yükünü yüngülləşdirə bilər. Dövlət resurslarının optimallaşdırılması həm iqtisadi səmərəlilik, həm də şəffaflıq baxımından mühüm addımdır.

Nazirliklərin konsolidasiyası həm də milli siyasətlərin vahid xətt üzrə formalaşmasına şərait yaradır. Xüsusilə sosial, iqtisadi və innovasiya sahələri bir-biri ilə sıx bağlı olduğu üçün bu istiqamətlərin vahid strategiya çərçivəsində idarə olunması daha effektiv nəticələr verə bilər. Məsələn, iqtisadiyyat-innovasiya, təhsil-gənclər-sosial siyasət və ya ekologiya-təbii sərvətlər istiqamətində vahid qurumların yaradılması siyasətlərin uzlaşmasını gücləndirə bilər.

Bundan başqa, islahatların psixoloji və institusional təsiri də nəzərə alınmalıdır. Strukturlararası rəqabət və məsuliyyət bölgüsünün daha aydın olması iş prosesinin keyfiyyətini artırır. Yeni qurum daxilində kadr və idarəetmə islahatları aparılması da əlavə üstünlüklər yarada bilər. Lakin istənilən birləşmənin effektiv olması üçün iki vacib şərt var: düzgün planlaşdırma və mərhələli tətbiq. Əks halda, struktur dəyişikliyi müvəqqəti xaos, uyğunlaşma çətinlikləri və idarəetmədə boşluqlar yarada bilər. Ona görə də, proses yalnız funksional təhlil və səmərəlilik ölçmələrinə əsaslanmalıdır.

Ümumilikdə, nazirliklərin ehtimal birləşdirilməsi idarəetmədə səmərəlilik, çeviklik və resursların daha rasional istifadəsi baxımından müsbət nəticələr verə bilər. Əsas məsələ bu prosesin düşünülmüş strategiya əsasında, cəmiyyət və dövlət maraqları çərçivəsində həyata keçirilməsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri