Icma.az
close
up
RU
Ekspertdən sərt açıqlama: “Əvvəl təhsil, sonra oyun”

Ekspertdən sərt açıqlama: “Əvvəl təhsil, sonra oyun”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Orta məktəbdə şagird sobadan tüstülənən qazdan zəhərlənir, amma AFFA hər ay milyonlarla manat vəsaiti futbola xərcləyir. Bu təkcə riyazi deyil, mənəvi baxımdan da rüsvayçılıqdır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, 4-5 milyon manatla 6 ayda bir məktəb binasının əsaslı təmirini aparmaq, istilik sistemini bərpa etmək, şagirdlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək olar:

“Amma bu pullar AFFA-nın adını daşıyan, nəticə verməyən, xalq futbolundan uzaqlaşmış bir struktura yönəldilir. AFFA-nın fəaliyyəti Azərbaycan futbolunun inkişafına yox, faktiki süqutuna səbəb olub. Bu gün biz nə beynəlxalq futbol turnirlərdə nəticə görürük, nə də yerli çempionat cəlbedici və ya keyfiyyət baxımından qənaətbəxşdir.

Uşaq futbol akademiyaları real inkişaf vermir, rayonlarda infrastruktur yox səviyyəsindədir, milli komandaya ümid bəsləyən bir gənc nəsil qalmayıb. Stadionlar boş, azarkeşlərsə artıq Türkiyə və Avropa klublarına yönəlib. AFFA və onu maliyyələşdirənlər anlamalıdırlar: stadion boş, sinif otağı isə tüstü ilə dolu bir ölkədə prioritet futbol deyil, təhsildir.

Əgər bu ölkənin məktəblərində istilik sistemi yoxdur, şagirdlər qaz sobası ilə isidilən dərsə girib zəhərlənirsə, AFFA-nın milyonluq hesabatları, reklam layihələri və mənasız sponsorluqları rüsvayçılıqdan başqa bir şey deyil. 

AFFA futbolu sevdirmədi, onu xalqdan uzaqlaşdırdı. Bu gün gənclər “Qarabağ” istisna olmaqla, yerli futbolu izləmir, çünki keyfiyyət yoxdur, sistem yoxdur, şəffaflıq yoxdur. Bəli futbol lazımdır. Amma sağlam, təhsilli, təhlükəsiz şəraitdə böyüyən uşaqdan sonra.

Əvvəl məktəb, sonra stadion. Əvvəl təhsil, sonra oyun. AFFA isə futbolla məşğul olan, onu inkişaf etdirməli qurum olduğunu unudub. Bu təkcə idmana yox, dövlət siyasətinə qarşı hörmətsizlikdir".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri