Icma.az
close
up
RU
Ekspertlər XƏBƏRDARLIQ EDİR: Ölkəyə palma yağlarının idxalı ARTIR

Ekspertlər XƏBƏRDARLIQ EDİR: Ölkəyə palma yağlarının idxalı ARTIR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Biz palma yağlarının insan sağlamlığına olan zərərli təsirlərindən tez-tez danışırıq, bu, məsələnin bir tərəfidir. Amma digər tərəfdən də palma yağını daha geniş baxımdan nəzərdən keçirmək lazımdır".
Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib. 
O, bildirib ki, palma yağı, yağ palmalarının meyvəsindən əldə olunan bir yağdır və bu yağın doymuş yağ turşuları nisbətən yüksəkdir və digər maye bitki yağlarına görə doymuş yağ miqdarı daha çoxdur:
"Eyni zamanda, emal prosesi zamanı bəzi vitaminlər və antioksidantlar itir. Lakin xam palma yağında keratin və vitamin E yüksək səviyyədədir və orqanizm üçün yüksək enerji mənbəyi kimi qiymətləndirilir. Bu, məsələnin müsbət tərəfidir".
Ekspert bildirib ki, digər tərəfdən, palma yağının sağlamlıq baxımından müəyyən problemlərə yol aça biləcəyi də qeyd olunur:
"Belə yağlar ürək-damar xəstəliklərinə səbəb ola bilər, pis xolesterinin səviyyəsini yüksəldə və xərçəng riskini artır bilər. Böyrək və qaraciyərə zərər verə bilər, xüsusilə körpə və uşaqlar üçün istifadəsi qətiyyən məsləhət görülmür, çünki sümük inkişafına mənfi təsir göstərə və süni qidalarla birləşdikdə uşaqlarda müxtəlif fəsadlar yarada bilər".
Onun sözlərinə görə, palma yağının uzunmüddətli istifadəsi piylənmə, diabet riski və insulin müqavimətinə səbəb ola bilər, metabolizmi yavaşladaraq həzmi çətinləşdirə bilər:
"Bu yağ ən çox şirniyyatlarda, tortlarda, çipslərdə, fast food məhsullarında, ucuz pendirlərdə və kolbasa məhsullarında istifadə olunur. Belə qidalardan mütəmadi istifadə insan orqanizminə mənfi təsirsiz ötüşmür. Ən ciddi problem isə ürək-damar xəstəlikləri ilə bağlıdır: tromblaşma və xolesterinin yüksəlməsi bu riskləri artırır".
Ekspert qeyd edib ki, müqayisə etdikdə, palma yağının mütəmadi istifadəsi ziyan baxımından xeyrindən çoxdur:
"Buna görə də yaxşı olardı ki, məhsulların üzərində palma yağının olub-olmaması və miqdarı açıq şəkildə göstərilsin ki, insanlar nə istifadə etdiklərini bilsinlər".
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana ümumilikdə 42 min 465,69 ton palma yağı və onun fraksiyaları idxal olunub.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Yanvar 2026 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri