Icma.az
close
up
RU
Əl Dezinfektanları həyat xilas edir, yoxsa həyatı təhlükə altına alır? DİQQƏT

Əl Dezinfektanları həyat xilas edir, yoxsa həyatı təhlükə altına alır? DİQQƏT

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pandemiya dövründə həyatımızın ayrılmaz bir parçası halına gələn dezinfektanlarla bağlı Avropada maraqlı bir inkişaf baş verdi. Bir çox əl dezinfektanının tərkibindəki əsas maddə olan etanolun xərçəng riskini artıra biləcəyi səbəbindən satışdan yığılması nəzərdə tutulur. Bu qərarın noyabr ayında keçiriləcək komitə toplantısında təsdiqlənməsi gözlənilir. Həkimlər və mütəxəssislər isə bu qərarın sağlamlıq üzərindəki böyük təsirinə diqqət çəkir. Əl dezinfektanları, hər il dünya üzrə 16 milyon infeksiyanın qarşısını alır.

Bəs, bu dezinfektanların həqiqətən ləğv edilməsi lazımdırmı? Yoxsa bu qərar, böyük fəlakətlərə yol aça bilərmi?

Redaktor.az xəbər verir ki, dezinfektanlar Avropa İttifaqı tərəfindən təhlükəsiz sayılaraq 1990-cı illərdən bəri Dünya Səhiyyə Təşkilatının əsas dərmanlar siyahısında yer alır. Lakin Aİ səhiyyə orqanları, etanolun xərçəng riski və hamiləliklə bağlı artan təhlükələrini nəzərə alaraq bu məhsulların istehsalının dayandırılmasını və ya dəyişdirilməsini təklif edir.

Əgər bu təklif qəbul edilərsə, xüsusilə xəstəxanalarda istifadə olunan əl dezinfektanları, təmizlik vasitələri və digər məhsulların istehsalı Aİ ölkələrində dayandırıla bilər.

Mütəxəssislər isə etanolun yerinə keçəcək alternativlərin daha təhlükəli olduğunu və bu cür bir qərarın xəstəxanalarda ciddi təsirlər yaratacağını bildirir. Cenevrə Universitetindən olan uzman Alexandra Peters, "Əl dezinfektanlarının ləğv edilməsi, xəstəxanalarda infeksiyaların yayılmasına böyük təsir göstərərdi. Çünki əl gigiyenası, xüsusilə alkol bazlı məhsullar, dünya üzrə hər il 16 milyon infeksiyanın qarşısını alır" deyə vurğulayıb.

Alternativlər arasında olan izopropanol kimi maddələrin daha toksik olduğunu, sabunun isə uzun müddət istifadəyə səbəb olduğunu bildirən Peters, "COVID-19-da olduğu kimi, təcili vəziyyətlərdə əl dezinfektanı istehsalı hər yerdə etanol olacaq" əlavə edib.

Kasım ayında Avropa Kimyəvi Maddələr Agentliyinin (ECHA) komitəsi, etanolun xərçəngogen olub-olmaması məsələsinə qərar verəcək. Əgər etanol, müəyyən səviyyədə təhlükəli hesab edilərsə, yerinə başqa bir maddə təklif edilə bilər. Lakin sənaye təşkilatları, etanolun zərərli olduğunu sübut edən kifayət qədər dəlil olmadığını irəli sürərək, bu təklifi artıq tənqid edir.

Avropa Xəstəliklərin Qarşısını Alma və Nəzarət Mərkəzinin (ECDC) may ayında, səhiyyə orqanlarına əl gigiyenası üçün əsas vasitə olaraq alkol bazlı əl dezinfeksiyasının tətbiq edilməsini təklif edib.

Bu yeni təkliflər, ictimai sağlamlıq və xəstəxana infeksiyaları arasında vacib bir tarazlıq tələb edir.

Alkol Bazlı Dezinfektanlar Həqiqətən Təhlükəlidirmi?

Tibb Onkoloqu Prof. Dr. Özcan Yıldız, "Alkol bazlı əl dezinfektanlarının, xüsusilə etanolun, xərçəngə səbəb olmasına dair heç bir elmi sübut yoxdur. Avropa Birliyinin gündəmə gətirdiyi məsələ, etanolun saf forması və istehsal zamanı yaranan asetaldehit adlı yan məhsulun potensial xərçəngogen təsiridir" deyir.

Asetaldehit, yüksək dozada və uzun müddət bədəndə qalarsa, xərçəng riskini artırabilən bir maddədir. Lakin əl dezinfektanlarında, etanol dəridən tez buxarlaşır və bədənə keçişi çox məhduddur. Prof. Yıldız bununla əlaqədar olaraq, "Əl dezinfektanlarında bu təsirin eyni şəkildə baş verib-vermədiyi hələ bəlli deyil" bildirib.

Dezinfektanların Daha Ciddi Zərərləri

Prof. Dr. Yıldız, "Etanol tərkibli əl dezinfektanlarının xərçəng riskini yaratması nəzəri olaraq mümkündür, amma ciddiliyi çox aşağıdır. Bununla yanaşı, bu məhsulların daha real və yaygın zərərləri vardır" deyərək aşağıdakıları qeyd edib:

Dəri quruluğu və tahrişi: Etanol, dərinin təbii yağ qatını həll edir, bu da dərinin qurumasına və çatlamasına səbəb ola bilər. ontakt dermatit (egzama): Uzun müddətli istifadə dərinin qoruyucu baryerini zəiflədir və alerji reaksiyalarına səbəb ola bilər. Dəri mikrobiyomunun pozulması: Dezinfektanlar həm də "yaxşı" bakteriyaları öldürür və bu da dərinin infeksiyalara və tahrişə daha açıq olmasına yol açar. Yanlışlıqla içilməsi və zəhərlənmə riski: Xüsusilə uşaqlar arasında əl dezinfektanlarının içilməsi ciddi alkoqol zəhərlənmələrinə yol aça bilər.

Prof. Dr. Yıldız, əl dezinfektanlarının yığılmasının çox ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayır: "Çünki bu məhsullar yalnız rahatlıq vasitəsi deyil, həm də infeksiya zəncirini qıran əsas müdafiə vasitəsidir. Əgər bu məhsullar xərçəng riski səbəbindən ləğv edilərsə, xəstəxanalarda infeksiyalar artacaq. Bu isə daha çox antibiotik istifadəsi, daha uzun xəstəxana qalma müddəti və daha çox xəstəxana xərcinə yol açar."

Alkol bazlı əl dezinfektanları, insanlarda xərçəng riskini artırmayacaq dərəcədə təhlükəsizdir. Yalnız bunların “ağıllı istifadəsi”ni təşviq etmək lazımdır. Alternativlər, sabun və su olmalıdır, amma hər zaman bunlar əlçatan olmur. Bu səbəbdən alkol bazlı dezinfektanlar, hələlik ən təsirli və əlverişli alternativ olaraq qalır.
Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri