Icma.az
close
up
RU
Əl Hilal fanatların nifrət etdiyi futbolçunu alıb KDÇ yə göndərdi

Əl Hilal fanatların nifrət etdiyi futbolçunu alıb KDÇ yə göndərdi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanında son mövsümdə çempion statusunu itirən ''Əl-Hilal'' bu yay ciddi dəyişikliklər etmək niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, artıq baş məşqçi postuna Jorje Jezuşun yerinə Simone İnzaqi gətirilib.
Ər-Riyad təmsilçisi sözsüz ki, əsas ''bombanı'' Viktor Osimhen ilə partlatmaq niyyətində idi. Amma nigeriyalı forvard Səudiyyə Ərəbistanında oynamaq istəmir. O hətta illik 50 milyon avroluq maaşı da geri çevirib. Bu üzdən ''Əl-Hilal'' alternativ variantlara yönəlməli olub. Bu komanda Fatih Terimin çalışdırdığı ''Əl-Şabab''ın əsas qol silahı Abderrazak Hamdallahı icarə əsasında heyətinə qatıb. Bu transfer artıq hər iki klub tərəfindən rəsmən açıqlanıb.
Qeyd edək ki, bu tələm-tələsik transfer Klublararası Dünya Çempionatında uğurla çıxış edən ''Əl-Hilal''ın heyətdə çətinliklərlə üzləşməsi ilə bağlıdı. Bilindiyi kimi komanda turnirin 1/8 finalında dramatik matçda əzəmətli ''Mançester Siti''ni 4:3 məğlub edərək sensasiyon şəkildə 1/4 finala yüksəldi. Burda isə rəqib Braziliya təmsilçisi ''Fluminense'' olacaq. Komandanın əsas qol silahı Aleksandar Mitroviç zədə üzündən hələ turnirdə meydana çıxmayıb.
''Siti''yə iki qol vuraraq qəhrəmana çevrilən gənc braziliyalı forvard Markos Leonardonun yüngül zədəsi var və onun qarşıdakı matçda oynaması sual altındadı. Digər hücumçu Salem Əl-Davsari isə qrupda ''Zaltsburq''la oyunda zədə aldığından onun üçün artıq turnir başa çatıb. Bu üzdən ''Əl-Hilal'' Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı hücumçularından birini icarə əsasında transfer edib.
Maraqlıdı ki, bu keçidin baş tutması üçün yerli federasiya hətta ölkədə transfer dönəminin başlama vaxtını da dəyişib! Əslində Səudiyyə Ərəbistanında yay transfer ''pəncərəsi'' iyulun 20-də açılmalı idi. Amma indi klublara iyulun 3-dən heyəti gücləndirməyə icazə verilir. Hamdallah artıq Amerikaya yollanıb və sabahkı oyunda onun adının iştirak ərizəsində olacağı gözlənilir.
Hamdallah 2018-ci ildən Səudiyyə Ərəbistanında çıxış edir. İndiyə qədər ''Əl-Nəssr'', ''Əl-İttihad'' və ''Əl-Şabab''ın şərəfini qoruyub. 34 yaşlı futbolçu indiyə qədər Səudiyyə Ərəbistanı çempionatında 3 dəfə bombardir olub. O, 163 oyuna 150 qol vurub və turnirin tarixinin ən yaxşı 3-cü bombardiridi. Ancaq onun ''Əl-Hilal'' fanatları tərəfindən necə qarşılanacağı bilinmir. Çünki mərakeşli hücumçunun karyerasında ən çox qol vurduğu klublardan biri məhz elə ''Əl-Hilal''dı. Üstəlik qol sevincləri zamanı da o müxtəlif dönəmlərdə bu klubun fanatları ilə problemlər yaşayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 04:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri