Icma.az
close
up
RU
“Əl Hilal”dan tarixi zəfər

“Əl Hilal”dan tarixi zəfər

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Mançester Siti” bu cütdə aşkar favorit sayılsa da, “Əl-Hilal” asan rəqib olmadığını hələ qrupda “Real”dan xal almaqla göstərmişdi.

Oyunun əvvəli Xosep Qvardiolanın komandası üçün acı sonluqdan xəbər vermirdi. Artıq 9-cu dəqiqədə Bernardo Silva qapı önündəki qarışılıqdan yararlanaraq topu tora göndərdi. “Siti” “Yuve” ilə oyunda da hesabı məhz 9-cu dəqiqədə açmış və sonradan güclü rəqibi darmadağın etmişdi. İlk yarıda Edersona heç bir iş düşmədi. Amma “Əl-Hilal”ın 2-ci hissənin əvvəllərində yuxudan ayılması ilə oyuna sanki ikinci nəfəs gəldi.
Markos Leonardo ilə Malkomun ardıcıl qolları matçın axarını 180 dərəcə dəyişdi. Düzdü, Səudiyyə Ərəbistanı nəhənginin sevinci çox çəkmədi. Holann künc zərbəsi zamanı önünə düşən topu Bununun ayaqları arasından tora göndərdi. Qalan müddətdə “Siti” böyük üstünlüyə malik olsa da, topu heç cür tora göndərmək mümkün olmadı. Ən real fürsəti 84-cü dəqiqədə Holann əldən verdi. Norveçli qoleadorun yaxşı alınmayan zərbəsindən sonra “Əl-Hilal” müdafiəçiləri topu qapı xəttindən uzaqlaşdırdılar.
Əlavə vaxtın ilk 15 dəqiqəsində tərəflər yenə hərəyə bir qol vurdu. Künc zərbəsi zamanı Kulibali başla fərqləndisə, çox keçmədən Foden çətin vəziyyətdə olmasına baxmayaraq, Bununu məyus etdi. Təcrübəli mərakeşli qapıçı 3 top buraxmasına baxmayaraq oyunu 10 seyvlə tamamladı və komandasının zəfərində mühüm rol oynadı.
Düşünmək olardı ki, bu dramatik oyunda qalib penalti seriyasında müəyyənləşəcək. Ancaq 112-ci dəqiqədə gənc braziliyalı forvard Markos Leonardo yenə səhnəyə çıxdı. Ederson Milinkoviç-Saviçin baş zərbəsini dəf etsə də, “sambaçı” boş qapı önündə özünü itirmədi. Maraqlıdı ki, Ederson bu epizodda oyundakı ilk (!) seyvini etmişdi.
Beləliklə, bu tarixi oyun turnirin əsas favoritlərindən birinin mübarizəni dayandırması ilə nəticələndi. “Əl-Hilal” rəsmi turnirdə Avropa təmsilçisini məğlub edən ilk Asiya klubu kimi tarixə düşdü! Buna qədər bu qitə təmsilçilərinin 20 rəsmi duelindən 18-də avropalılar sevinmişdisə, 2-də bərabərlik qeydə alınmışdı. Qvardiolanın çalışdırdığı klub KDÇ-də 12-ci oyunda ilk dəfə məğlub oldu. Buna qədər təcrübəli məşqçinin komandaları bu turnirdə 11 oyundan 11 qələbə ilə ayrılmış və ümumilikdə cəmi 4 top buraxmışdılar.
Bundan başqa, “Siti”nin 2025-ci ili titulsuz başa vuracağı rəsmən təsdiqini tapdı. Bu klub Qvardiola ilə sonuncu dəfə 2017-ci ili titulsuz tamamlamışdı. Simone İnzaqi isə “İnter”lə bacarmadığını “Əl-Hilal”la bacardı. “İnter” onun başçılığı altında Qvardiolanın “Siti”sinə qarşı həm 2023-də ÇL-in finalında (0:1), həm də ötən il ÇL-in əsas mərhələsində (0:0) qola və qələbəyə həsrət qalmışdı.
1/8 final
Mançester Siti – Əl-Hilal 3:4 (1:0, 1:2, 1:2), əlavə vaxtda

Mançester Siti (İngiltərə): Ederson, Nunyeş (Ake, 53), Diaş, Qvardiol (Akanci, 53), Ait-Nuri, İlkay Gündoğan (Rodri, 53/Foden, 100), Reynders (Şerki, 91), B.Silva, Savinyo, Dokyu, Holann (Marmuş, 91).
Əl-Hilal (Ər-Riyad, Səudiyyə Ərəbistanı): Bunu, Kanselo (Əl-Yami, 88), Kulibali, Əl-Harbi (Əl-Bulayhi, 88), Rodi, R.Neveş, N.Əl-Davsari (Əl-Cuvayr, 106), Kanno (Lacami, 83), Milinkoviç-Saviç, Malkom (Sezar, 64), Leonardo (Əl-Qannam, 116).
Qollar: B.Silva, 9 (1:0). Leonardo, 46 (1:1). Malkom, 52 (1:2). Holann, 55 (2:2). Kulibali, 94 (2:3). Foden, 104 (3:3). Leonardo, 112 (3:4).
Vərəqələr: Qvardiol, 27. Nunyeş, 39. Akanci, 105+1 – sarı.
Hakim: Xesus Valensuela (Venesuela).
1 iyul. Orlando. 42311 tamaşaçı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyul 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri