El Klasiko öncəsi fırtına : Peres hotelə gəldi, Real Madrid heç bir tədbirə qatılmadı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Real Madrid"in prezidenti Florentino Peres bu gün, 26 apreldə keçiriləcək İspaniya Kubokunun finalında "Barselona" ilə oyundan öncə komandaya dəstək olmaq məqsədilə hoteldə futbolçuları ziyarət edib.
Oxu.Az bu barədə "Çempionat"a istinadən məlumat yayıb.
Qeyd edək ki, dünən, aprelin 25-də "Real Madrid" rəhbərliyi "Barselona" ilə qarşılaşma ərəfəsində bütün rəsmi tədbirlərdə iştirakdan imtina edib. Klub matçdan əvvəl nəzərdə tutulan mətbuat konfransı, fotosessiya, şam yeməyi və məşq proqramına qatılmayıb.
Bildirilib ki, "Kral klubu" bu addımı qarşılaşmanın hakimləri Rikardo de Burqos Benqoeçea və Qonsales Fuertesə qarşı etiraz olaraq atıb. Belə ki, hər iki hakim "Real Madrid"in klub televiziyası haqqında mənfi fikirlər səsləndirib. Qeyd edək ki, daha əvvəl "Real Madrid TV" də Benqoeçeanın idarəçiliyini tənqid etmişdi.
Mətbuatda "Real Madrid"in İspaniya Kubokunun finalını boykot edə biləcəyi barədə xəbərlər yayılmışdı. Lakin klub rəsmi bəyanat yayaraq bu iddiaları təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















