Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“El Ninyo“ geri döndü: alimlər yeni istilik rekordları barədə xəbərdarlıq edir BBC

“El Ninyo“ geri döndü: alimlər yeni istilik rekordları barədə xəbərdarlıq edir BBC

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mütəxəssislər bunun 2027-ci ili müşahidələr tarixinin ən isti illərindən birinə çevirə biləcəyini bildirir...

ABŞ meteoroloqları Sakit okeanda "El-Ninyo" adlanan iqlim hadisəsinin başladığını rəsmən elan ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) tropik Sakit okeanda "El-Ninyo" üçün xarakterik şəraitin formalaşdığını açıqlayıb. Məlumatda deyilir ki, bu təbii proses adətən dünyanın müxtəlif bölgələrində temperaturun yüksəlməsinə səbəb olur və qlobal hava şəraitinə ciddi təsir göstərir.

Son aylarda okeanın üst qatında suyun temperaturu nəzərəçarpacaq dərəcədə artıb və artıq orta göstəricidən 0,5 dərəcə yüksəkdir. Amerikalı alimlər məhz bu həddi "El-Ninyo"nun başlanğıcı hesab edirlər.

"Super El-Ninyo" ehtimalı artır

Mütəxəssisləri ən çox narahat edən məqam kompüter modellərinin yeni "El-Ninyo"nun qeyri-adi dərəcədə güclü ola biləcəyini göstərməsidir. NOAA-nın hesablamalarına görə, fenomenin 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə qədər "çox güclü" səviyyəyə çatma ehtimalı 63 faizdir.

Alimlər bildirir ki, okean səthinin temperaturu normadan 2 dərəcədən çox yüksələrsə, bu artıq "çox güclü El-Ninyo" sayılır. Bəzi modellər isə ilin sonuna qədər temperatur artımının 3 dərəcəni belə keçə biləcəyini göstərir. Tarixdə ən güclü "El-Ninyo" hadisələri 1982-1983, 1997-1998 və 2015-2016-cı illərdə qeydə alınıb.

İqlim dəyişikliyi ilə birlikdə təsir daha ağır ola bilər

Alimlərin əsas narahatlığı ondan ibarətdir ki, yeni "El-Ninyo" artıq insan fəaliyyəti nəticəsində istiləşmiş iqlim fonunda baş verir. Bu fenomen okeanlarda toplanmış istilik enerjisini atmosferə ötürərək Yer kürəsinin orta temperaturunu əlavə olaraq təxminən 0,2 dərəcə artıra bilər.

Məlum olduğu kimi, 2024-cü il müşahidələr tarixinin ən isti ili olub. 2025-ci il isə "La-Ninya"nın soyuducu təsirinə baxmayaraq, rekord dərəcədə isti keçərək ən isti üç ildən biri sırasına daxil olub.

Böyük Britaniyanın Meteorologiya Xidmətinin uzunmüddətli proqnozlar şöbəsinin rəhbəri Adam Skeyf hesab edir ki, 2027-ci ildə qlobal temperaturun sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcədən çox yüksəlməsi ehtimalı var.

Dünyanı nə gözləyir?

Adətən "El-Ninyo"nun təsirləri tropik bölgələrdə daha güclü hiss olunur. Şimali Peruda və cənub Ekvadorda daşqınların  sayı artır. Şərqi Afrika, Mərkəzi Asiya və ABŞ-ın cənub ştatlarında da güclü yağış və sel riski yüksəlir.

Digər tərəfdən, Avstraliya, İndoneziya və Cənubi Amerikanın şimal hissəsində quraqlıq və meşə yanğınları ehtimalı artır. Bu isə kənd təsərrüfatına və qlobal ərzaq təchizatına mənfi təsir göstərə bilər.

Mütəxəssislər qeyd edir ki, "El-Ninyo" Atlantik okeanında qasırğaların sayını adətən azaltsa da, bəzi regionlarda yağışların kəskin azalmasına və uzunmüddətli quraqlığa səbəb olur.

"Bu, sadəcə hava proqnozu deyil"

Afrikanın iqlim məsələləri ilə məşğul olan "Power Shift Africa" təşkilatının rəhbəri Məhəmməd Ado hesab edir ki, "El-Ninyo"nun başlanması milyonlarla insan üçün ciddi xəbərdarlıq siqnalıdır.

Onun sözlərinə görə, bu fenomen bir çox bölgədə məhsul itkisinə, ərzaq qiymətlərinin artmasına və sosial problemlərin dərinləşməsinə səbəb ola bilər. Xüsusilə Şərqi Afrikada son illərin quraqlıq və daşqınlarının təsirləri ilə üst-üstə düşməsi vəziyyəti daha da ağırlaşdıra bilər.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi də demək olar eyni vaxtda "El-Ninyo"nun başladığını elan edib. Avstraliya Meteorologiya Bürosu isə daha sərt meyarlar tətbiq etdiyindən hələlik rəsmi açıqlama verməsə də, fenomenin yaxın zamanda təsdiqlənəcəyini və bu dəfə kifayət qədər güclü ola biləcəyini bildirib.

Alimlər vurğulayırlar ki, "El-Ninyo"nun iqlim dəyişikliyi səbəbindən daha tez-tez baş verməsinə dair qəti sübutlar yoxdur. Lakin qlobal istiləşmə onun nəticələrini daha ağır və dağıdıcı edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 İyun 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri