“El Pais”: Avropanın bəzi dövlətlərinin Moskva ilə yaxınlaşması Brüsseli narahat edir AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 24 dekabr, AZƏRTAC
Brüssel bəzi Avropa ölkələri liderlərinin Moskva ilə yaxınlaşmasından, xüsusən Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiyaya səfərindən narahatdır.
AZƏRTAC xəbər verir ki, “El Pais” qəzeti bu barədə Avropadakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri, bəzi Rusiya yönümlü avroskeptik partiyaların təbliğatı, həmçinin Rumıniyada keçirilən seçkilərin nəticələri və bütün bunların Donald Trampın ABŞ prezidenti seçilməsi fonunda baş verməsi Avropa İttifaqının ciddi narahatlığına səbəb olub.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna münaqişəsinin həlli üçün diplomatik dialoq başlayanda Avropa İttifaqında Rusiya ilə münasibətlərin bərpasının lehinə çıxış edənlərin də sayı çoxalacaq. Hazırda Kiyevə yardımı sual altına alan və müharibənin tez bir zamanda başa çatmasına çağırış edənlərin sayı artmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 24 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















