Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Elantra ucuzlaşdı, Santa Fe bahalaşdı

Elantra ucuzlaşdı, Santa Fe bahalaşdı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bu ilin avqust ayında bazarda avtomobillərin median təklif qiyməti 16 800 manat, orta təklif qiyməti isə 23108 manat olub.
Demokrat.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, təklif olunan avtomobillərin median buraxılış ili 2011-ci il, median yürüşü isə 203 min kilometr təşkil edib.
Ümumi elan strukturunu nəzərə alan AQP, dəyişən struktur avtomobil indeksi avqust ayında 97,1 səviyyəsində formalaşıb. Dekabr 2025-ci ilin 100 baza səviyyəsi kimi qəbul edildiyi indeks iyulda 98,3 olub. Beləliklə, indeks üzrə aylıq azalma 1,2 faiz təşkil edib.
AQP hesab edir ki, bazardakı qiymət dəyişimini yalnız median təklif qiymətinin dinamikası əsasında qiymətləndirmək düzgün deyil. Çünki aylıq bazar strukturunda təqdim olunan avtomobillərin marka, model, yaş, yürüş və digər xüsusiyyətləri dəyişir və bu amil ümumi median göstəriciyə təsir edə bilər.
Avtomobillərin struktur tərkibinin təsiri aradan qaldırılaraq müqayisə edilə bilən modellərin çəkiləri sabit saxlanıldıqda, sabit struktur indeksi iyuldakı 103,1 səviyyəsindən avqustda 102,5-ə enib. Bu hesablamaya əsasən, eyni tip avtomobillər üzrə faktiki aylıq qiymət azalması təxminən 0,6 % olub.
Beləliklə, avqustda qeydə alınan 1,2 %-lik ümumi median azalmanın yalnız bir hissəsi avtomobillərin faktiki ucuzlaşması ilə bağlıdır. Azalmanın digər hissəsi bazara çıxarılan avtomobillərin strukturunun dəyişməsi ilə izah olunur. Müqayisə edilə bilən kütləvi modellər üzrə qiymət dinamikası da bazarda genişmiqyaslı ucuzlaşmanın olmadığını göstərir.
AQP avtomobillərin bazar dəyərinin formalaşmasında yaş amilinin xüsusi əhəmiyyət daşıdığını qeyd edir. Palatanın tətbiq etdiyi hedonik qiymət modeli ən aktiv 120 marka-model üzrə 24 013 müşahidəni əhatə edib. Modeldə avtomobilin qiymətinə yaş, yürüş, marka-model, mühərrik həcmi və gücü, transmissiya, ötürücü sistemi, ban növü, texniki vəziyyət, eləcə də avtomobilin yeni və ya işlənmiş olması kimi amillərin təsiri ayrıca qiymətləndirilib. Modelin izahetmə qabiliyyəti R²=0,934 səviyyəsində olub.
Hesablamalar göstərir ki, digər xüsusiyyətlər sabit qaldıqda, avtomobilin yürüşünün hər əlavə 1 000 kilometr artması onun qiymətinə orta hesabla 0,026 % azaldıcı təsir göstərir. Median yaşı 15 il olan avtomobil üçün əlavə bir istismar ilinin marjinal qiymət təsiri isə təxminən mənfi 6 % qiymətləndirilib.
Transmissiya növü də qiymət fərqinin formalaşmasına təsir edən amillərdəndir. AQP-nin təhlilinə əsasən, mexaniki transmissiyalı avtomobillərdə avtomatik transmissiyalı analoqlarla müqayisədə təxminən 7,8 %-lik bazar diskontu müşahidə olunur Avtomobil yaşının qiymətə təsiri daha geniş düzəliş təhlilində də özünü göstərib.
2016-2018-ci illərdə istehsal olunmuş avtomobillər baza qrup kimi götürüldükdə, 2011–2015-ci il avtomobillərinin qiymət səviyyəsi təxminən 22,6 faiz, 2006-2010-cu illərdə istehsal olunan avtomobillərin qiymət səviyyəsi isə 43,1 % aşağı formalaşıb. 21 il və daha yaşlı avtomobillərdə qiymət fərqi 61,8 %-ə qədər yüksəlib.
AQP bildirir ki, bu əmsalların müxtəlif avtomobil sinifləri üzrə mexaniki tətbiqi düzgün yanaşma deyil və qiymət müqayisəsi ilk növbədə eyni marka-model daxilində aparılmalıdır. Avtomobilin qəza tarixçəsi və texniki vəziyyəti də onun bazar dəyərinə əhəmiyyətli təsir göstərir. AQP-nin təhlilində digər parametrlər nəzərə alındıqdan sonra qəza keçirmiş və rənglənmiş avtomobillərdə təxminən 8,1 %-lik mənfi qiymət təsiri müəyyən edilib.
Daha ağır texniki vəziyyəti ifadə edən kateqoriyalarda qiymət fərqinin daha yüksək olması mümkündür. Palata hesab edir ki, avtomobilin bazar qiymətləndirilməsi zamanı yalnız buraxılış ili və yürüş göstəricilərinə əsaslanmaq kifayət deyil. Qəza tarixçəsi, təmirin keyfiyyəti, kuzovun vəziyyəti, transmissiya, komplektasiya və digər texniki xüsusiyyətlər də qiymətin müəyyənləşdirilməsi prosesində kompleks şəkildə nəzərə alınmalıdır.
Avqust ayında bazarda ən çox "Mercedes" markalı avtomobillər təklif olunub. Bu marka üzrə elanların sayı 5 555 olub. "Hyundai" 3 883 elanla ikinci, LADA (VAZ) 3 791 elanla üçüncü, "Kia" 2 834 elanla dördüncü, "Chevrolet" isə 2 064 elanla beşinci yerdə qərarlaşıb. Kütləvi modellər üzrə qiymət dəyişiklikləri də bazarda kəskin ucuzlaşmanın baş vermədiyini göstərir.
Avqust ayında LADA 2107 modelinin median qiyməti aylıq 1,8 %, "Opel Astra" 1,1 %, "Hyundai Elantra" 1,9 %, "Kia Sorento" isə 0,6 % azalıb. "Ford Transit", "Hyundai Sonata" və "Chevrolet Cruze" modellərində median qiymət faktiki olaraq dəyişməyib. "Hyundai Santa Fe" modelində isə 0,4 %-lik artım qeydə alınıb.
AQP-nin qiymətləndirməsinə görə, 2026-cı ilin avqust ayında Azərbaycan avtomobil bazarında qiymətlərin aşağı istiqamətdə zəif korreksiyası davam edib və bazarda genişmiqyaslı ucuzlaşma müşahidə olunmayıb. Palata hesab edir ki, avtomobil bazarındakı real qiymət meylinin müəyyənləşdirilməsi üçün ümumi median göstərici ilə yanaşı, sabit struktur indeksi və hedonik qiymət modelinin nəticələri birlikdə nəzərə alınmalıdır.
Qeyd edək ki, AQP daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri dövri əsasda açıqlayır.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri