Icma.az
close
up
RU
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası mayın 23-də Ağdam şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirildiyini bildirib.

Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla, işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdıran Qərargah rəhbəri deyib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha çox canlanır. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.

Bildirilib ki, Böyük Qayıdış proqramının uğurlu icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür, işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır, işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir.

Qərargah rəhbəri işğaldan azad edilmiş ərazilərdə şəhər-kənd inteqrasiyasının gücləndirilməsi və regionların digər ərazilərlə dayanıqlı əlaqəsinin təmin olunması məqsədilə nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Hazırda ümumi uzunluğu 2644 kilometrə çatan 40 avtomobil yolunun inşası davam etdirilir, uzunluğu 224,1 kilometr olan 7 yolda işlər artıq yekunlaşıb.

İşğaldan azad edilmiş ərazilərin inkişafı və yeni yaşayış məntəqələrinin salınması məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Samir Nuriyev bu prosesin yalnız fiziki məkanların qurulması ilə məhdudlaşmadığını, eyni zamanda, sosial, iqtisadi, ekoloji və hüquqi aspektləri özündə birləşdirən çoxşaxəli və kompleks yanaşmanı tələb edən bir proses olduğunu vurğulayıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, nəqliyyat infrastrukturunun yaradılması, sərnişindaşıma və rabitə xidmətlərinin təşkili, ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması və bərpası sahələrində görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumatlar təqdim edilib.

İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə mühüm əhəmiyyət verdiyini bildirib, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.

Səfər çərçivəsində Ağdam şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə, Ağdam Muğam Mərkəzinə və Ağdam İmarət Kompleksinə baxış keçirilib.

İnşasına ötən ildən başlanılmış 2-ci yaşayış məhəlləsi ilə tanışlıq çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi tərəfindən qeyd olunub ki, hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzilin, həmçinin qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur.

Daha sonra Ağdam Cümə məscidi ziyarət edilib. İşğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş daş parçasının aid olduğu məscid Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Məscidin qırıq minarəsi və içindəki daşları, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.

Sonda dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına yola düşən Əlaqələndirmə Qərargahının üzvləri burada sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanış olublar. Sənaye Parkı barədə məlumat verən iqtisadiyyat naziri vurğulayıb ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır. Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan "Mister Decor", rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan "Rail Trans Service", orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan "Eel Electric" və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri