Icma.az
close
up
RU
Əlaqələr bir sıra sahələri əhatə edəcək

Əlaqələr bir sıra sahələri əhatə edəcək

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı bəyanatında bu səfərin tarixi səfər olduğunu bildirib. Həmçinin qeyd edib ki, bu səfər iki ölkə arasındakı ikitərəfli münasibətlərin tarixində ilkdir. Dövlət başçısı səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağına əmin olduğunu vurğulayıb.

Ölkə başçısı həmkarı ilə görüşü zamanı qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri müzakirə etdiklərini və müzakirələrin nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı bəyanatında həmçinin regionlarda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdiklərini, iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyin, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyi bir daha vurğuladıqlarını bildirib.Ölkə başçısı 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə həmkarına məlumat verdiyini bildirib.

“Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir”,- deyən ölkə başçısı Bakıda imzalanmış bütün razılaşmaların həyata keçiriləcəyini və münasibətlərimizin daha yüksək səviyyəyə qaldıracağına əmin olduğunu bildirib.

Prezidentlərin görüşü zamanı müzakirə edilən ən vacib məsələlərdən biri təhsil sahəsi olub. Prezident İlham Əliyev bildirib ki, bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

Bəyanatında dövlət xidmətləri sahəsində işbirliyinin də əhəmiyyətini vurğulayan Azərbaycan prezidenti vurğulayıb ki, ölkəmizdə artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb.Dövlət başçısı bildirib ki, ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir: “Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.

Prezident İlham Əliyev bildirib ki, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək tərəfdaşlığımızın mühüm sahəsidir. “Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır”,-deyən ölkə başçısı Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biri olduğunu vurğulayıb. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda əlaqələr yüksək səviyyədə olduğunu və bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyini qeyd edib.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri