Icma.az
close
up
RU
Məmmədov: Yeni sistem bir sıra ödənişləri əhatə edəcək

Məmmədov: Yeni sistem bir sıra ödənişləri əhatə edəcək

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət sektorunda əməkhaqqı sisteminin islahatı çərçivəsində dövlət qulluqçularının pul təminatının strukturunun dəyişdirilməsi məsələsi üzərində iş aparılır.

Reyting.az xəbər verir ki, bunu vesti.az-a açıqlamasında “Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın icraçı komitəsinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov bildirib.

Məlumata görə, təklif olunan yeniliyin əsas mahiyyəti bir sıra mövcud əlavələrin ləğv edilərək vəzifə maaşının əsas hissəsinə daxil edilməsindən ibarətdir.

Qeyd olunur ki, yeni sistem bir sıra ödənişləri əhatə edəcək. Belə ki, mükafat sistemi, iş stajına görə əlavələr və hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsinə görə verilən əlavələrin ləğvi nəzərdə tutulur. Həmçinin vəzifə maaşına nisbətdə hesablanan ödənişlər və dövlət qulluqçularına verilən müalicə pulu da ləğv edilərək əsas maaşa inteqrasiya olunacaq.

Bildirilib ki, bu addım hazırkı mürəkkəb və kifayət qədər şəffaf olmayan əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib. Kollektiv və fərdi mükafatlar əvəzinə nəticəyönümlü vahid sistemin tətbiqi təklif olunur. Əgər əvvəllər əməkhaqqının əsas hissəsi ümumi gəlirin təxminən 35–45 faizini təşkil edirdisə, dəyişikliklərdən sonra bu göstəricinin 95 faizdən çox olacağı gözlənilir.

Məmmədov qeyd edib ki, bu islahat beynəlxalq təcrübəyə uyğundur və əməkdaşların motivasiyasının artırılmasına, həmçinin ödənişlərin daha şəffaf olması hesabına korrupsiya risklərinin azaldılmasına xidmət edəcək.

Onun sözlərinə görə, yeni sistem dövlət qulluğunun gənc mütəxəssislər üçün cəlbediciliyini də artıracaq:

“Əvvəllər aşağı baza maaşı səbəbindən bir çox gənclər özəl sektora üstünlük verirdi. Yeni sistem isə daha aydın və rəqabətqabiliyyətli əməkhaqqı formalaşdıracaq”.

Ekspert bildirib ki, əvvəlki qaydalara əsasən dövlət qulluqçularının əməkhaqqı vəzifə maaşı, əlavələr və mükafatlardan ibarət idi:

“Əlavələr müxtəlif kateqoriyalara bölünürdü, o cümlədən iş stajına və dövlət səlahiyyətlərinin icrasına görə verilirdi. İndi isə qanuna edilən dəyişikliklərlə vahid əməkhaqqı sistemi formalaşdırılır”.

Onun sözlərinə görə, yeni model vahid və sabit ödəniş strukturuna keçidi nəzərdə tutur:

“Əvvəllər mükafatlar sabit deyildi – verilə də bilərdi, verilməyə də. Əlavələr də dəyişkən idi, bəziləri alırdı, bəziləri yox. İndi isə sistem daha sabit olacaq”.

Məmmədov vurğulayıb ki, bu sabitliyin bir sıra müsbət tərəfləri var. İlk növbədə, əvvəllər əlavələrdən yararlana bilməyən əməkdaşların maaşı artacaq:

“Yeni işə başlayan və iş stajı olmayan əməkdaşlar əvvəllər müvafiq əlavələri almırdı. İndi isə onların gəlirləri artacaq. Artımın konkret məbləği dövlət orqanının kateqoriyasından, ixtisas dərəcəsindən və tutulan vəzifədən asılı olacaq”.

Ekspert əlavə edib ki, əməkhaqqının artırılması və sabitləşdirilməsi korrupsiyaya qarşı mübarizədə də mühüm rol oynayır:

“Burada birbaşa əlaqə var. Əməkhaqqı artdıqca və sabitləşdikcə, korrupsiya göstəriciləri adətən azalır. Bu, mühüm preventiv tədbirdir”.

Onun sözlərinə görə, yeni sistem həm də proqnozlaşdırmanı asanlaşdıracaq:

“Fərdi əməkhaqqının müəyyənləşdirilməsi və dövlət qurumlarında ümumi əməkhaqqı fondunun hesablanması daha şəffaf və proqnozlaşdırılan olacaq. Bu isə idarəetmənin daha çevik təşkilinə imkan verəcək”.

Məmmədov qeyd edib ki, təklif olunan model beynəlxalq praktikada geniş yayılıb:

“Oxşar sistemlər Gürcüstanda, Şərqi Avropa və Baltik ölkələrində, eləcə də Qərb və Cənub-Şərqi Asiya dövlətlərində tətbiq olunur. Bu baxımdan yeni əməkhaqqı modeli müasir beynəlxalq yanaşmalara uyğun sistemli islahatdır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Mart 2026 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri