Icma.az
close
up
RU
Əlaqələrin inkişafında yeni mərhələ

Əlaqələrin inkişafında yeni mərhələ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yeni müstəvidə inkişafını xarakterizə edir. Dövlətimizin başçısının Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən yüksək səviyyədə qarşılanması iki ölkə arasında münasibətlərin ifadəsi kimi də dəyərləndirilir. Sözsüz ki, son illər Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafında yeni bir mərhələ başlayıb. Bu Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasındakı dostluq-qardaşlıq əlaqələrinin mahiyyəti ilə də bağlıdır.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Qazaxıstana etdiyi dövlət səfəri, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi və türk dünyasında inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda regional və beynəlxalq siyasi dinamikanın dəyişdiyi bir vaxtda baş tutan bu səfər geniş geosiyasi, iqtisadi və mədəni istiqamətləri əhatə etmiş olur. Azərbaycanla Qazaxıstan uzun illərdir ki, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlər qurub. Prezident İlham Əliyevin bu səfəri zamanı imzalanan bir sıra sənədlər – o cümlədən strateji əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətə dair memorandumlar – tərəflərin birgə regional təhlükəsizlik arxitekturasında oynadığı rolu daha da möhkəmləndirir. Həmçinin səfər zamanı dövlət başçılarının verdiyi bəyanatlar da göstərdi ki, Bakı və Astana regional məsələlərdə – xüsusən Mərkəzi Asiya və Cənubi Qafqazın sabitliyi və inkişafı kontekstində ortaq baxışlara malikdir”.
Deputat hesab edir ki, səfər çərçivəsində Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ətrafında səmərəli müzakirələr aparılıb: “Bu bir reallıqdır ki, qlobal ticarət yolları ətrafında baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti artır. Azərbaycan və Qazaxıstan məhz Orta Dəhliz konsepsiyasının əsas iştirakçıları kimi bu nəhəng layihənin reallaşmasında təşveqedici amil kimi çıxış edib. Ölkəmizin başçısının dövlət səfəri zamanı həmçinin nəqliyyat-logistika sahəsində imzalanan razılaşmalar, Azərbaycanın Bakı limanı ilə Qazaxıstanın Aktau və Kurık limanları arasında yükdaşımaların artırılması və texnoloji inteqrasiyanın gücləndirilməsi planları da olduqca əhəmiyyətli idi. Verilən bu birgə qərarlar həm də Avropa ilə Asiya arasında qlobal ticarətin daha dayanıqlı və sürətli həyata keçirilməsinə geniş imkanlar yaratmış olacaq. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq – xüsusilə neft və alternativ enerji layihələri istiqamətində də mühüm razılaşmalar mövcuddur”.
Sevinc Hüseynovaya görə, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan və Qazaxıstan TDT-nin fəal üzvləridir. İki ölkə həmçinin türk dünyasının siyasi, iqtisadi və mədəni birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Məhz Prezident İlham Əliyevin səfəri zamanı türk mədəni irsinin qorunması, ortaq tarix, dil və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Bu, türk kimliyinin regional və qlobal miqyasda daha güclü formada təbliğinə şərait yaradan mühüm amillərdəndir”.
Komissiya sədrinin fikrincə, Azərbaycan və Qazaxıstan kimi sabitlik və iqtisadi inkişaf modeli təqdim edən ölkələrin əməkdaşlığı həm regional, həm də qlobal aktorlar tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycanın Qazaxıstanla münasibətlərin dərinləşdirilməsi, ölkəmizin Mərkəzi Asiya regionundakı nüfuzunun artmasına, eyni zamanda Cənubi Qafqazda həyata keçirilən sülh, əməkdaşlıq və təhlükəsizliklə bağlı addımlar üçün də mühüm töhfə hesab edilir. Bu mənada Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri, təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də Türk dünyasının birliyi, Orta Dəhlizin gələcəyi və regionda sabitliyin təmin olunması baxımından strateji xarakter daşıyır. Səfər zamanı əldə olunan razılaşmalar və verilən mesajlar göstərir ki, Azərbaycan və Qazaxıstan qarşıdakı illərdə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda daha fəal əməkdaşlıq edəcək və bu əməkdaşlıq regionun gələcəyinə ciddi töhfələr verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri