Icma.az
close
up
RU
Əlaqələrin inkişafında yeni dövr ŞƏRH

Əlaqələrin inkişafında yeni dövr ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan–Gürcüstan əlaqələri dərin tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz dostluğa əsaslanır. Dövlətimizin başçısının vurğuladığı kimi, əsrlər boyu xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilir və dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər tarixən mehriban qonşuluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanmışdır. İki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq illər ərzində davamlı şəkildə inkişaf etmişdir. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda regionun sabitliyi və Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşması baxımından da mühüm rol oynayır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlət başçısı Tbilisidə keçirilən görüşlər zamanı Gürcüstan rəhbərliyi ilə ikitərəfli münasibətlərin cari vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə etmiş, həmçinin mətbuata verdiyi bəyanatda Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm aspektlərinə toxunmuşdur.

Prezident İlham Əliyev mətbuata bəyanatında Gürcüstana səfərindən məmnunluğunu ifadə edərək vurğulamışdır ki, “yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir”. Dövlət başçısı iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin region üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev Gürcüstanın son illərdə əldə etdiyi uğurlara da xüsusi diqqət yetirərək qeyd etmişdir ki, “Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir”. Onun sözlərinə görə, bu inkişaf həm regionun iqtisadi potensialının artmasına, həm də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir.

Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə də bir-birini daim dəstəklədiyini vurğulayan dövlət başçısı bildirmişdir: “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.” Prezident qeyd etmişdir ki, iki ölkə qarşılıqlı şəkildə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir və bu prinsipial mövqe gələcəkdə də davam etdiriləcəkdir.Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi sahədir. Prezident İlham Əliyev çıxışında bu sahədə əldə edilən nəticələri yüksək qiymətləndirərək bildirmişdir ki, iki ölkə iqtisadi əməkdaşlıq sahəsində böyük uğurlar əldə etmişdir. Bu əməkdaşlıq xüsusilə enerji və nəqliyyat layihələri vasitəsilə regionun iqtisadi inkişafına mühüm töhfə verir. Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan birgə həyata keçirdikləri iri infrastruktur və enerji layihələri ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsinin formalaşmasında mühüm rol oynayırlar. Bu layihələr regionun enerji təhlükəsizliyinin təmin olunmasına və yeni iqtisadi əlaqələrin yaranmasına əhəmiyyətli təsir göstərir.

Prezident İlham Əliyev bəyanatında həmçinin qeyd etmişdir ki, hazırda Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar formalaşır. Onun sözlərinə görə, “bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır” və bu şəraitdə region ölkələri arasında əməkdaşlıq və qarşılıqlı etimad daha böyük əhəmiyyət kəsb edir.

Enerji təhlükəsizliyi məsələsinə toxunan dövlət başçısı vurğulamışdır ki, Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Prezident qeyd etmişdir ki, “Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır”. Bu siyasət nəticəsində Azərbaycan Avropa və digər regionlar üçün etibarlı enerji mənbəyinə çevrilmişdir.

Prezident İlham Əliyevin Gürcüstana səfər çərçivəsində mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya doğru inkişaf edən bu münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasında mühüm rol oynamağa davam edəcəkdir.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri